Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Qarabağ”-ın tarixi qələbəsi Füzulidə də böyük sevinclə qarşılanıb

“Qarabağ”-ın tarixi qələbəsi Füzulidə də böyük sevinclə qarşılanıb

 

Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərin həm də siyasi əhəmiyyəti vardır

 

Yenixeber.org: “Qarabağ” futbol klubunun Azərbaycan futbol tarixində tarixi nailiyyət qazanaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da böyük sevinclə qarşılanmış, füzulililərə böyük zəfər hissi bəxş etmişdir. Füzulililər üçün bu tarixi qələbə, həm də ona görə önəmlidir ki, işğal altında olan bölgəni təmsil edən “Qarabağ” futbol klubu bu qələbəni Füzuli və Cəbrayıl rayonlarının işğalı günü qazanmışdır.

Füzulililər “Qarabağ”ın qazandığı tarixi zəfəri Prezident cənab İlham Əliyevin idmana olan diqqət və qayğısı kimi qiymətləndirilər. Bildirirlər ki, bütün sahələrdə olduğu kimi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda idman, ən əsası isə futbol inkişaf edir. Bunun bariz nümunəsi isə “Qarabağ” futbol klubunun son illər Avroliqada, ən nəhayət isə Danimarkanın “Kopenhagen” klubunu iki oyunun nəticəsinə görə üstələyərək Çempionlar Liqasının qruplarına vəsiqə qazanmasıdır.

Füzulililər üçün “Qarabağ” Futbol Klubunun qazandığı zəfərin həm də siyasi əhəmiyyəti vardır. Çünki “Qarabağ”ın bu zəfəri, milyonların izlədiyi Çempionlar Liqası kimi mötəbər futbol turnirində iştirakı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Ermənistana qarşı aparılan informasiya müharibəsinə də böyük töhfə verəcəkdir. Milyonların izlədiyi futbol Azərbaycan həqiqətlərinin, o cümlədən işğal altında olan torpaqlarımızın təbligi baxımından dünyaya mesaj olacaqdır.

Füzulililər inanırlar ki, “Qarabağ”ın futbol meydanında qazandığı tarixi qələbənin davamı olaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımız da tezliklə azad olunacaqdır. Rayon sakinləri məhz bu inamla, bu ümidlə yaşayır və işləyirlər.

 

“Qarabağ”-ın tarixi qələbəsi Füzulidə də böyük sevinclə qarşılanıb

“Qarabağ”-ın tarixi qələbəsi Füzulidə də böyük sevinclə qarşılanıb

“Qarabağ”-ın tarixi qələbəsi Füzulidə də böyük sevinclə qarşılanıb

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam