Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

42800 abituriyent cavab gözləyir -ƏLAVƏ VAXT DA BAŞA ÇATDI

42800 abituriyent cavab gözləyir -

 

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatıb.

 

Yenixeber.org-un məlumatına görə, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi dünən saat 23:59-da yekunlaşmalı olsa da bu gün səhər 09:30-a kimi uzadılıb.

Məlumata görə, I-V qruplar üzrə ümumilikdə 42800 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

I-IV qruplar üzrə 37469 nəfər Azərbaycan, 3807 nəfər isə Rus bölməsinin abituriyentləridir.

V qrup üzrə isə ümumilikdə 1524 elektron ərizəsini təsdiq edib. Onlardan 1308 nəfər Azərbaycan, 216 nəfər isə Rus bölməsinin abituriyentləridir.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 09:30-da  başa çatıb və qeyd olunan müddət uzadılmayacaq. 

Qeyd edək ki, öz ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər  müsabiqədə iştirak edə bilməyəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam