Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəhid Həsən Həsənovun ailəsinə mənzil verildi

Şəhid Həsən Həsənovun ailəsinə mənzil verildi

 

2014-cü ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və erməni silahlı birləşmələri tərəfindən orada qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verilib.
Yenixeber.org-un Modern.az-a istinadən məlumatına görə, bu barədə H.Həsənovun qardaşı Nail Həsənov bildirib.
 
O qeyd edib ki, qardaşının həyat yoldaşı Vüsalə xanım qızları Özləm və Ləmanla birlikdə yeni mənzildə yaşayacaq.
“Yeni mənzil Mehdiabad qəsəbəsində yerləşir, üçotaqlı, tam təmirli mənzildir”.
 
N.Həsənov özünün, atası Fərman Həsənovun və ailə üzvlərinin adından ölkə başçısı İlham Əliyevə, “Dövlətqaçqnkom”un sədri Əli Həsənova təşəkkürünü bildirib:
 
““Dövlətqaçqnkom”un əvvəl verdiyi Müşfiqabad qəsəbəsindəki evin Həsənin ailəsindən alınaraq  başqasına verilməsi mətbuatda geniş rezonans doğurmuşdu. Sonra Əli Həsənov Həsənin ailəsini şəxsən nəzarətə götürdü. Yoldaşı Vüsalə xanımı şəxsən qəbul edərək onun ailə problemləri ilə maraqlandı. Əli müəllim qardaşımgilin ev məsələsini daim diqqətdə saxladığını qeyd etdi. Cənab sədr həmin vaxt ailənin istəyinə uyğun yerdən evlə təmin edəcəyini deyərək, bu barədə məsələni Mehriban xanım Əliyevaya da bildirəcəyini söyləmişdi.
Həsənin ailəsinə Mehdiabad qəsəbəsində mənzil verilməsində Mehriban xanım Əliyevanın xüsusi köməyi oldu.  Bu yaxınlarda oradakı şəhərcikdə mənzil şəraiti pis olan ailələrə Mehriban xanım tərəfindən mənzil hədiyyə olunacaq. Hələ ki Həsənin ailəsi oradan mənzil alan ilk ailədir”.
Qeyd edək ki, 2014-cü ildə ölkə başçısı “Dövlətqaçqnkom”un sədri Əli Həsənova D.Əsgərov, Ş.Quliyev və H.Həsənovun ailəsinin mənzillə təmin olunması barədə göstəriş verib.
 
Qeyd edək ki, 2014-cü il iyul ayında soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, onlarla birlikdə gedən Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevə "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam