Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mənzillər ucuzlaşacaq -EKSPERT RƏYİ

Bakıda mənzillərin qiyməti ucuzlaşacaq.

Xeberinfo.com:   Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspert hesab edir ki, əvvəllər Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdililməsi müşahidə olunurdusa, artıq son illər, xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir.

“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir. Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar.

Digər tərəfdən, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu da mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”, - deyə V. Bayramov vurğulayıb.

Ekspertin sözlərinə görə, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq. Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək, bu isə yeni qiymət azalamları deməkdir.

Ekspert onu da əlavə edib ki, hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam