SOSİAL EVLƏR: Müraciət tarixi və aylıq ödəniş məbləği açıqlandı
Azərbaycanda tikilicək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın.
Xeberinfo.com: Fins.az xəbər verir ki, bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.
«Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın.
Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər».
Müraciət nə vaxtdan başlanır?
Ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq. Samir Nuriyevin sözlərinə görə, vətəndaşlar mənzillərin alınması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaq».
O vaxta qədər isə əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında ASAN Xidmət vasitəsilə müraiətlər edə biləcək: «Amma ona qədər ASAN xidmət vasitəsilə, kağız formatda qəbul ediləcək. Ona görə də qeydiyat daha tez olacaq. Bu proses 3-4 aya başlanacaq. Ona görə də kim hesab edirsə ki, bu kateqoriyaya daxildir, o müraciət edə bilər».
Agentlik direktoktoru bildirib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək: «Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük əldə edəcəklər. Bu məlumatdan sonra da onlar hazırlaşıb elektron qeydiyyata müraciət edəcəklər».
Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək. Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək. Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər: «Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq. Amma insan həmin mənzildən imtina edirsə, o mənzil yenidən satışa çıxarılacaq» – deyə Samir Nuriyev bildirib.
Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illk qadağaya da aydınlıq gətirib. Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər. Buna görə də məhdudiyyətlər var. Yəni 3 il ərzində mənzilləri nə sata. Nə də kirayəyə verə bilər. Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək.
Mənzillərin sahəsi
Sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Agentlik rəhbərinin sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq: «Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq» – deyə direktor bildirib.
S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: «amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq».
Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir onların ölçüləri də münasibdir.
Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: «Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək».
Hansı şəhərlərdə olacaq?
Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu çox güman ki, şəhərin ətrafında olacaq. Samir Nuriyevin sözlərinə görə, artıq Agentlik paytaxtın ətrafındakı bəzi sahələrə baxış keçirib və yerlərin seçilməsi ilə məşğuldur.
Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır.
Agentlik rəhbəri bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: «Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. İlk öyrənldiyimiz rəylər odur ki, belə evlər Bakı ətrafında olsın. Ona görə də ikinci layihəmiz də çox güman ki, Bakı ətrafında olacaq».