Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq İcra başçısının oğluna vəzifə verildi

Sabiq İcra başçısının oğluna

 

Nizami RPİ 25-ci PB-nin baş təhqiqatçısı Səlim Səlimov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsinə təyin edilib.

Xeberinfo.com:  Bununla bağlı Daxili İşlər naziri Ramil Usubov bir neçə gün öncə əmr imzalayıb.

Qeyd edək ki, S.Səlimov bir neçə il öncə daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşmışdı. Lakin ötən ilin fevralında nazir Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.

Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini olan Səlim Səlimov müvafiq əmrlə Nizami RPİ 25-ci PB-yə baş təhqiqatçı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, S.Səlimov Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğludur. A.Səlimov 3 mart 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.

Qaynar.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam