Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

TQDK Təhsil Nazirliyini pis vəziyyətdə qoydu

Azərbaycanda abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisə edilib.

Xeberinfo.com:  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən lent.az-a verilən xəbərə görə, attestatda bütün qiymətləri “5″ olanlarla bütün qiymətləri ”3″ olanların imtahan balları tutuşdurulub. “Tam orta məktəbi bütün fənlərdən “3” qiymətləbaşa vuran məzunların 97.02 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isənisbətən şişirdildiyini göstərir”, – deyə komissiyadan bildiriblər.

Bundan başqa məlum olub ki, 2015-ci ildə keçirilmiş buraxılış imtahanlarında 9-cu və11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da var. Belələri 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər təşkil edib. Bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb.

11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlər sırasında Sabirabad rayonundan 6 nəfər, Lənkəran rayonundan 4 nəfər, Hacıqabul rayonundan 3 nəfər, Tovuz rayonundan 2 nəfər, Daşkəsən, Gədəbəy, Qazax, Goranboy, Imişli, Astara, Lerik, Yardımlı və Masallı rayonlarının hərəsindən isə 1 nəfər olub.

9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərdən 12-si Astara, 9-u Sabirabad, 8-i Lerik rayonundan olub. Gədəbəy, Tovuz, Cəlilabad və Masallı rayonlarının hərəsindən 4 nəfər, Qazax, Goranboy və Bərdə rayonlarının hərəsindən 3 nəfər, Daşkəsən, Şəmkir, Ağstafa, Ağcabədi, Ağdaş, Yardımlı və Hacıqabul rayonlarının hərəsindən 2 nəfər, Qax, Kəlbəcər, Qəbələ, Ordubad, Xızı, Ağdam, Xaçmaz və Cəbrayıl rayonlarının hərəsindən isə 1 nəfərin də oxuyub-yaza bilməyi aşkarlanıb.

 

TQDK-dan verilən bu açıqlamanı təhsil naziri Mikayıl Cabbarova ciddi zərbə saymaq olar. Güman ki, bu Misir Mərdanovun dövründən başlanan TQDK və Təhsil Nazirliyi arasındakı qarşıdurmanı yenidən alovlandıracaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam