Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Millət vəkilindən nazirliyə sərt ittihamlar

 

AzNews.az_shahin_vahid_kollaj“İqtisadiyyat və Sənaye Nazirliyi faktiki olaraq çəkilib kənarda dayanıb”.

Xeberinfo.com:   Məlumata görə, bunu AzNews.az-a Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, manatın məzənnəsi düşməsindən istifadə edən bəzi işbazlar qanunsuz əməllərə əl atır, bununla əhaliyə daha çox ziyan dəyir. Deputat bildirib ki, bu sahəyə nəzarət etməli olan aidiyyəti qurumların səriştəsizliyi ucbatından vəziyyət getdikcə daha da pisləşir:

“İqtisadiyyat və Sənaye bu işlə ciddi məşğul olmalıdır. Bu barədə dövlət başçısının xüsusi göstərişi var. Amma çox təəssüflər olsun ki, nazirliyin hansısa addımı gözə dəymir. İqtisadiyyat və Sənaye Nazirliyi faktiki olaraq çəkilib kənarda dayanıb, yaranmış vəziyyətlə maraqlanmır. Qiymətlər qalxır, kim necə gəldi qiymət təyin edir. Ərzaqları, geyimləri istənilən qiymətə satırlar, istədikləri vaxtda mağazalardan yığışdırırlar, istədikləri vaxtı da vitrinlərə qaytarırlar. İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahəyə nəzarət etməli olan xüsusi departamenti var. Bəs görəsən bu departament nə ilə məşğuldur”.

V.Əhmədov qeyd edib ki, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına göz yumur, hətta bəzi hallarda bu qanunsuz əməllərə şərait yaradır: 

“21 fevral devalvasiyasından sonra qiymətlərdə bir müddət artım olmadı. Amma bu dəfə devalvasiyanın səhəri hər şeyin qiymətini qaldırdılar. Nazirlik isə buna göz yumur. Obyektiv qiymətləri başa düşürəm. Amma subyektiv qiymətlər niyə olmalıdır? Nazirliyin rayon şöbələri hara baxır? əgər indiki halda onlar işləmirlərsə, süni qiymət artımın qarşısını almırlarsa, onda həmin departament nəyə lazımdır? Prezident deyir, süni qiymət artımınının qarçısını alın, süni qiymət artıranları cəzalandırın, bunlar isə nəyinsə müqabilində, və ya səhlənkarlıqdan heç bir tədbir görmürlər. Bu, yoluna qoyulmalıdır. Biz bu məsələlərlə əlaqədar İqtisadi Siyasət Komitəsi olaraq, təkliflər vermişik. Hazırda hansı qərarların veriləcəyini gözləyirik”.

V.Əhmədov növbəti devalvasiyayla bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Manatın arxasında neft dayanır. Mərkəzi Bankın etdiyi dəyişikliklər onu deməyə əsas verir ki, yanvar ayının axırına kimi ciddi devalvasiyaya olmayacaq. Hardasa dollar 1.65 manat arasında formalaşacaq. Mərkəzi Bank 4 faiz səviyyəsində banklara icazə verdi. Və bununla da Mərkəzi Bank valyuta dəyişmə məntəqələrini ləğv etmək fikrindədir. Mərkəzi Bankın bir məqsədi var-bütün valyutalar yalnız banklarda dəyişdirilsin və qara bazar yığışdırılsın. Bütün bu addımlar cəmiyyətdəki ajiotajı aradan qaldırmağa köklənir”.

V.Əhmədov buna baxmayaraq, yumşaq devalvasiyanın getdiyini də gizlətməyib:

“Proses gedir. Əvvəl 1,55, indi isə 1,56 manat arasında dayanlb. Yavaş-yavaş artım gedir. Amma buna səbəb həm də valyuta dəyişmə məntəqələridir. Onlar istədiyini edirlər. Heç bir normal dövlətlərdə belə valyuta dəyişmə məntəqələri yoxdur. Bunlar hamısı bankların tərkibindədir. Banklar da buna görə məsuliyyət daşıyır. Mərkəzi Bank da pul-kredit siyasətinə cavabdeh bir orqandır. O, valyuta dəyişmə məntəqələrinə “koridor” verib. Bundan kənarda nə edirlərsə bu artıq cinayətdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam