Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Siyəzənə gedən qatarla bağlı açıqlama

 

Dünən Bakı-Sumqayıt qatarının Sumqayıt əvəzinə Siyəzənə gedib çıxması barədə məlumatlar yayılıb

 

"Xeberinfo.com":    Məlumata görə, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bildirilir ki, qatar 40 dəqiqə əvəzinə sərnişinləri mənzilbaşına 2 saata aparıb. 
Səbəb də, maşinistin dəmiryol ayrılmasını səhv salması olub. Nəticədə qatar gedib Siyəzənə çıxıb.
Bundan başqa, sərnişinlər Bakı-Sumqayıt qatarının gecikmə ilə işlədiyindən də narazılıqlar edirlər.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov açıqlama verib.
Qurum rəsmisi bildirib ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, Bakı-Sumqayıt qatarı Siyəzənə getməyib.
"Yalandan ağızlarına gələni yazırlar. Belə bir şey olmayıb və ola da bilməz”, - deyə Mədət Şıxəmirov bildirib.
Qurum rəsmisi qatarın hərəkət qrafikində gecikmələrə də aydınlıq gətirib. O bildirib ki, dəmiryolunda aparılan təmir və yenidən qurma işlərilə əlaqədar 5-10 dəqiqə gecikmələr olur:
 
"Hazırda həmin istiqamətdə təmir işləri parılır. Buna görə də, bir müddət qatarların hərəkətində gecikmələr olması mümkündür. Lakin təmir işləri yekunlaşdıqdan sonra qatarların hərəkətində heç bir problem olmayacaq”. (baku.ws)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam