Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılır

 

Bu məsələ yenidən gündəmə gəlib və ictimaiyyət arasında geniş rezonansa səbəb olub. 
"Xeberinfo.com":  Çünki 2011-ci ilədək nazirliyin balansında olan bu sahə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdi. Bu yerdəyişmələr uşağ bağçaların ilə bağlı problemlərin həllinə heç bir faydası olmadı, əksinə, neqativ hallar baş verdi, yeni bağçalar tikilmədi, uşaq müəssisələrində yer olmadı və bu da müxtəlif arzuolunmaz fikirlərə yol açdı.
İndi ölkəmizin təqribən 60% yaşayış məntəqəsində uşaq bağçası yoxdur. Bu, heç də ürəkaçan və yaxşı hal deyil. Mövcud uşaq müəssisələri isə tələbatı ödəmir. Belə olan halda nə etmək lazımdır, ümumiyyətlə, bu sahə hansı dövlət təşkilatının səlahiyyətində olmalıdır, təlabatın ödənilməsi üçün yeni bağçaların tikilməsinə ehtiyac duyulurmu, duyulursa, niyə tikilmir?
Ans press-in araşdırmasına görə, uşaq bağçalarının “sahibi”nin dəyişməsi məsələsinin təkrar gündəmə gətirilməsi heç də təsadüfi deyil və yerində olan məsələdir. Çünki yeni təlim-tədris ilinədək bir çox yeniliklərin baş verməsi gözləniləndir.
Təhsil üzrə ekspert Etibar Əliyev uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyində olmasının məntiqli olduğunu düşünür. Söhbət məktəbəqədər təhsil müsəssisələrinin təmiri, əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, ən önəmli məsələnin, təlim və tərbiyə prosesinin düzgün təşkil olunmasından gedir.
img1452018
Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti strukturlarında təlim və tərbiyəni həyata keçə biləcək müxtəxəssis heyəti yox dərəcəsindədir. Yəni istər məktəbəqədər təhsil müəssisələri üçün kurikulumun, tərbiyəçi müəllimlərin hazırlanması, təkmilləşməsi və onların yetişdirilməsi üçün ali məktəblərdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi kimi məsələləri yalnız və yalnız Təhsil Nazirliyi edə bilər. Yerli icra hakimiyyəti strukturlarının bu cür mürəkkəb prosesləri həyat keçirmək imkanları yoxdur.
İndi uşaq bağçalarının inşaası, təminatı və təmiri, eləcə də əhatə dairəsinin genişləndirilməsinə gəlincə, ekspert diqqətə çatdırıb ki, bu məsələ sovetlər dövründən təcrübə var. Bu məsələ Təhsil Nazirliyinə verilsə, bunun öhdəsindən daha uğurla gələ bilər.
E.Əliyev deyib: “İndi Azərbaycanda təqribən 60% yaşayış məntəqəsində uşaq bağçaları yoxdur, olanlar isə vacib tələbatları ödəmir. Hər tədris ilində bu rəqəmlər sabit olaraq qalır. Hər il orta məktəbin birinci sinfinə gedən şagirdlərin yalnız 15-20%-i məktəbəqədər tədris müəssisəsindən gəlir. Dünyada bu göstərici çox yüksəkdir. İnkişaf etmiş ölkələrdə bu göstərici 70-80%, məsələn, Finlandiyada 90%, Almaniyada 80%, hətta Belarusda 50 faiz, Ukraynada 60 faizdən yuxarıdır. Ona görə, məktəbəqədər təhsil müəssislərinin uşaqları məktəbə hazırlamaq imkanları məhduddur. Bu, həm də məktəbəqədr təhsil müəssisəılərinin sayının azlığı ilə bağlıdır.”
O, yeni bağçaların tikintisinin zəruri olduğunu vurğulayıb: “Hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən bunun üçün geniş proqram qəbul olunmalıdır. Əhalinin sıx olduğu yerlərdə bir və ya bir neçə məktəbəqədər təhsil müəssisəsi tikilməlidir. Bu, təhsilin çox mühüm bir pilləsidir. İnkişaf etmiş ölkələrdə təhsilin ən əsas pilləsi ilkin olaraq məktəbəqədər təhsil müəssisəsi sayılır. Uşağın idrakı və təfəkkürü formalaşır, uşağın özünü aparması, müəyyən bilikləri, sanitariya-gigiyena qaydalarına əməl etməsi, pozitiv davranışlara əməl etməsi bu pillədə yaranır. Bunun üçün də elə etmək lazımdır ki, Azərbaycan kimi ölkədə yaxın gələcəkdə uşağların heç olmasa 50%-i məktəbəqədər təhsil müəssisəsindən təlim və tərbiyə keçsin. Bu, birmənalı şəkildə uşaqalrın orta məktəbdə təhsilinin normal şəkildə davam etdirməsinə yardımçı olan amildir. Bu, bütün dünyada belədir.”
Valideynlər də uşaq bağçalarının Təhsil Nazirliyinin balansında olmasının tərəfdarıdır. Onların fikrincə, bir neçə il əvvələ qədər uşaq bağçaları Təhsil Nazirliyinin balansında idi. 2011-ci ildən etibarənsə uşaq bağçaları nazirlikdən alınıb, yerli icra hakimiyyətlərinin öhdəsinə verildi. Uşaq bağçalarının və uşaqların durumunda isə yaxşıya doğru heç nə baş vermədi. Uşaqları qapıdan qaytarırdılar ki, yer yoxdur. Amma, başqa vasitəyə əl atılanda yer hardansa peyda olurdu. Əminik ki, uşaq bağçaları ilə bağlı narazılıq nazirliyin vaxtında azalacaq, yeni müəssisələr tikiləcək.
Digər tərəfdən, uşaq bağçaları Təhsil Nazirliyinin balanmsında olsa, onların təlim-tərbiyəsi, gələcəkdə orta məktəblərə hazırlıq prosesi yaxşı olacaq. İndi dövlət bağçalarında hər cür şərait yaradılıb, müasir avadanlıqla təchiz olunub. Müasir texnologiyalara uşaqların marağının təmin olunması onların gələcəkdə yaxşı oxuması, mütəxəssis kimi yetişəcəyinə stimul yarada bilər.
Təhsil Nazirliyindən bildirilib ki, məktəbəqədər tərbiyə ilə bağlı böyük sistem, proqram var. Uşaq bağçaları da bu proqrama uyğun fəaliyyət göstərir. Bundan əlavə, dərsliklər nəşr edir, kurikulum proqramlar hazırlayır. Şəhərdə əhalinin sıxlığını nəzərə alaraq yeni bağçaların tikintisi də nəzərdə tutulub, bunun üçün maliyyə vəsaiti ayrılır və dövlət büdcəsindəd də nəzərdə tutulur.
Bir sözlə, “Təhsil haqqında” qanunda göstərilib ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu zəmində bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımız məktəbə hazırlıq dövrü məhz bağçadan başlayır. Bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına, təlim-tərbiyə işlərinin daha da yüksəldilməsinə nail olmaq lazımdır. Əsas olan uşaq bağçalarının sayı, keyfiyyətin yüksəldilməsidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam