Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

  AHİK-dən yeni aksiya -respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə ərzaq sovqatı göndərdi

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin  2021-ci il martın 11-də keçirilmiş iclasının qərarına əsasən xüsusi yardıma və qayğıya ehtiyacı olan şəhid ailələrinə, aztəminatlı ailələrə sosial dəstək çərçivəsində növbəti dəfə 3900 ailəyə ərzaq sovqatının göndərilməsi qərara alınmışdır.

Yenixeber.org: Martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maddi və mənəvi yardımlar göstərilməsi istiqamətində keçirdiyi tədbirlərə müvafiq olaraq təşkil etdiyi maşın karvanları ərzaq sovqatlarının ünvanlarına çatdırılması məqsədilə  ölkənin 76 şəhər və rayonlarına yola düşmüşdür. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu aksiyada yerlərdəki həmkarlar ittifaql fəalları da iştirak edəcəklər.

     Yeri gəlmişkən qeyd edək ki, koronavirus pandemiyası dövründə də, 2020-ci il aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aztəminatlı ailələrə maddi və mənəvi yardım məqsədilə respublikanın 76 şəhər və rayonlarında yaşayan 3900 ailəyə maşın karvanları ilə 68 ton ərzaq sovqatı göndərmişdi.

     Azərbaycan həmkarlar ittifaqları tərəfindən cəmiyyətimizin həssas kateqoriyadan olan insanlarına maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də davam etdiriləcəkdir.

 

 

 

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam