Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni şəxsiyyət vəsiqəsi ilə xaricə də getmək mümkün olacaq

 

"Azərbaycan vətəndaşlarına verilən yeni şəxsiyyət vəsiqələri ilə xaricə səfər etmək mümkün olacaq".

"Xeberinfo.com":  "Trend"-in məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Hesablama Mərkəzinin ( İHM) sertifikasiya mərkəzinin rəhbəri Arif Mailov bildirib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqəsi İCAO standardlarına cavab verir, amma sərhədləri keçərkən yeni sənəddən istifadə ölkələr arasındakı razılaşma əsasında mümkündür. Nazirliyin baş mütəxəssisi Nadir Rəsulov da qeyd edib ki, hazırda layihə çərçivəsində şəxsiyyəti təsdiq edən çiplərin proqram təminatı üzrə sınaqlar başa çatıb.

“Hazırda ilk vəzifə layihədə istifadə olunan alqoritmin tanınmasıdır. Alqoritmlərin müəyyən olunması nüfuzlu dünya şirkətlərinin sertifikasiya sistemləri əsasında aparılacaq. Layihədə İsveçrənin “Trub” şirkəti ilə əməkdaşlıq edirik”, - deyə N.Rəsulov bildirib.

Vətəndaşlara elektron sertifikatları İHM təqdim edəcək. Mərkəz həmçinin elektron imzanın şəxsiyyət vəsiqəsi çiplərinə inteqrasiyası ilə məşğul olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam