Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Fazil Mustafadan ADNA ilə bağlı sərt sözlər

 

Milli Məclisin üzvü Fazil Mustafa Hesablama Palatasının Azərbaycan Dövlət Neft Akademiyasındakı yoxlamarla bağlı hesabatına münasibət bildirib. 
"Xeberinfo.com":  Məlumata görə, deputat hesabatdakı faktları şübhə altına alıb. Fazil Mustafanın Facebook statusun olduğu kimi təqdim edirik:
"İndicə bir xəbər oxudum: "Azərbaycan Dövlət Neft Akademiyasında büdcədən ayrılan vəsaitlər və büdcədənkənar daxilolmalarla bağlı ciddi nöqsanlar aşkarlanıb, iki prorektor, bir neçə dekan və şöbə müdiri ilə yanaşı, 13 nəfər barəsində tədbir görülüb." Bu Hesablama Palatasının bu ilki hesabatından götürülüb. Qəribədir ki, bu gün Bakıxanov qəsəbəsində seçiciləri qəbul edərkən həmin Universitetin mühasibi işləmiş bir vətəndaşın şikayətini dinlədim və dəhşətə gəldim. Xeyli sənədlər gətirmişdi və bu universitetdə Hesabatda sadalanandan daha ciddi faktları təqdim etdi. Hamısı korrupsiya xarakterli əməllər idi və universitet rəhbərliyi səviyyəsində təhsilin inkişafından başqa hər cür əmələ orada rast gəlmək mümkün idi. Bunları təbii ki, Hesablama Palatasının hesabatı müzakirə olunarkən gündəmə gətirəcəyəm. Maraqlısı başqa məqamdır. Demək həmin mühasibi qanunsuz işlərə qol qoymadığına və qeyri-qanuni fəaliyyətlə məşğul olanların tələblərini yerinə yetirmədiyinə görə (hər halda adamın arqumentləri və səmimiyyəti məni inandıra bildi) müvafiq qurumların yardımı ilə işdə günortalar namaz qılmasını bəhanə edərək dekabr ayından işdən çıxarıblar. 
 
Buna bənzər başqa bir faktla ötən həftə də rastlaşmışdım. Şirvan şəhər Diaqnostika Mərkəzinin müsahibi Zaur Mirzəyevi də özü namaz qılmasa da, qardaşının və anasının namaz qılmasını bəhanə edərək işdən çıxarıblar. Adam qədtiyyətlə iddia edir ki, sənəd saxtakarlığı və rüşvətə qol qoymadığı üçün işdən uzaqlaşdırıblar. Hətta Milli Təhlükəsizlik nazirinə yazdığı müraciəti də göstərdi ki, öz təmizliyini, dövlətə bağlılığını sübuta yetirmək üçün bu qurumlardan araşdırma aparıb arayış vermələrini xahiş edir. Əlbəttə, bu insanların hüquqlarının pozulması ilə bağlı müəyyən qurumlara sorğular göndərəcəyəm. Sadəcə bir məsələ məni ciddi düşündürür. Dini radikalizmə qarşı mübarizə aparılmalıdır və başqa ölkələrdə döyüşən bu fanatik xəstə təxəyyüllü insanların qarşısını almaq üçün dövlət qurumları hökmən tədbirlər görməlidir. Ancaq ayrı-ayrı yerlərdə özünü qanunsuz işlərə, əməliyyatlara bulaşdırmaq istəməyən və korrupsionerlərin əməllərinə ortaq olmayan mötədil, dövlətə, vətənə bağlı insanları namaz qıldığına görə çörəyə möhtac qoymaq yolverilməzdir və bu halların qarşısı qətiyyətlə alınmalıdır."
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam