Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Jurnalistlərə mitinq xəbərdarlığı

 

Mətbuatın peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq

"Xeberinfo.com":  Məlumata görə, Milli Şuranın bu gün “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq. 
Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri saat 15.00-dan 17.00-dək aksiyanın düzənlənəcəyi məkanda olacaqlar.
Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti nəzərdən keçirəcəklər.
Bundan başqa MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmalarını xahiş edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam