Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

MƏRKƏZİ BANK NİYƏ SUSUR?

 

Dollar kreditlərinin məzənnə məsələsi hələ də müzakirə mövzusudur
"Xeberinfo.com":  Ali Məhkəmə hakiminin “dollar kreditləri köhnə məzənnə ilə qaytarılmalıdır” – şəklində yayılan açıqlaması rəsmi şərh deyil. ANS TV-nin məlumatına görə, bunu Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev özü bildirdi. O qeyd etdi ki, bu məsələdə Ali Məhkəmənin şərh vermək səlahiyyəti ümumiyyətlə yoxdur. O isə sadəcə Mülki Məcəllədə bununla bağlı 439,7-ci maddənin əsas götürülə biləcəyini deyib. Bununla bağlı son şərh və açıqlamanı vermək səlahiyyəti isə Konstitusiya Məhkəməsindədir. Çünki qanunvericilikdə yaranmış hər hansı təzadı bu qurum rəsmən şərh edə bilər.
Məsələ burasındadır ki, Mülki Məcəllənin 439.7-ci maddəsi dollarla götürülmüş kreditin köhnə məzənnə ilə qaytarıla biləcəyi ehtimalını yaradırsa, 739.1-ci maddə əksinə, borc öhdəliyinin hansı valyuta ilə yaranıbsa, o valyuta ilə qaytarılmalı olduğunu deyir.
Konstitusiya məhkəməsinə edilən müraciətə belə cavab verdilər ki, bununla bağlı ya Mərkəzi Bank, ya da banklar quruma müraciət etməlidir. Yalnız bundan sonra məhkəmə həmin maddələrlə bağlı qərar verə bilər. Amma indiyədək bu müraciət olmayıb. Deməli qaranlıq məqama aydınlıq gətirilməsi Mərkəzi Bankdan asılıdır. Tənzimləyici orqan isə bununla bağlı sorğuya heç bir cavab verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam