Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan sərhəddə vəziyyətin gərginləşməsinə görə Tonoyanı tənqid edib?

 

 Yenixeber.org: Ermənistanda “Voskanapat” milliyyətçi nəşrin redaktoru Qrant Məlik-Şahnazaryan iyulun 15-də maraqlı bəyanat verib. O, öz saytındakı materialda baş nazir Paşinyanı iyulun 12-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus UAZ-ın atəşə tutulmasının (bu səbəbdən də vəziyyət gərginləşib) vacibliyini şübhə altına almaqda günahlandırıb.

“Hökumətin iclasından və orada baş nazir Paşinyanın bəyanatından, sonra isə müdafiə naziri David Tonoyana ünvanlanmış sualların qoyuluşundan başlayaq. Siz orada müharibənin qarşısının alınması barədə ciddi bir şey eşitdinizmi? Söz, proqram, fəaliyyət planı ...Hökumətin iclasında baş nazirin bəlkə azərbaycanlıların məqsədi mövqeni tutmaq yox, itirilmiş maşını qaytarmaq olması ilə bağlı müdafiə nazirini tənqid etməsindən başqa bir şey oldumu? Marazm”, - Şahnazaryan hiddətlənib.

“Dünən (14 iyul) ER müdafiə naziri öz mövqeyini yaxşılaşdırmaqla, düşməni sərt şəkildə cəzalandırmaqa və ultimatum dilində danışmaqla müharibənin qarşısını necə aldıqların söylədi”,  - o davam edib və ölkənin siyasi rəhbərliyini bunu etmək istəməməkdə suçlayıb.

Şahnazaryan Tonoyanın Azərbaycana təzyiq göstərməkdə maraqlı olan üçüncü qüvvə ilə əlaqəsini dolayısı ilə təsdiqləyən çox mühüm məqama toxunub. RF Baş Qərargahı Hərbi-Diplomatik Akademiyasının məzunu David Tonoyan BKİ-dəki həmkarları ilə sıx dostluq edir. Məhz Tonoyanın dövründə Rusiya Ermənistanı güclü silahlandırmağa başlayıb. Bu möhkəmlənmə təkcə Azərbaycana qarşı yönəlməyib, elə Tonoyanın özünün və ümumilikdə ordunun möhkəmlənməsinə qarşı yönəlib. Bu gün Ermənistan ordusu yeganə Rusiyapərəst ordudur ki, Moskva Ermənistanda öz mövqelərini saxlamaq üçün ona arxalana bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam