Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

XİN rəhbərləri razılığa gəldi

 

 Azərbaycan və Belarusun Xarici İşlər nazirləri Elmar Mamedyarovla Vladimir Makei arasında telefon danışığı olub.
Yenixeber.org: Belarus XİN xəbər verir ki, nazirlər ölkələrin koronavirusla mübarizə istiqamətində gördüyü tədbirlər ətrafında fikir mübadiləsi aparıb, bu məsələdə beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini vurğulayıblar.

İkitərəfli münasibətlərə toxunan XİN rəhbərləri, Azərbaycan və Belarus arasında yüksək səviyyəli siyasi dialoqu məmnunluqla qeyd ediblər.

Pandemiyaya baxmayaraq, iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının qorunub saxlanılması və gələcək inkişafının əhəmiyyəti vurğulanıb. Nəqliyyat, logistika və enerji sektorlarında qarşılıqlı fəaliyyət və birgə layihələrin həyata keçirilməsi məsələləri diqqətdə olub.

Nazirlər beynəlxalq təşkilatlar, o cümlədən BMT və MDB, həmçinin Avropa İttifaqı, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq və razılaşdırılmış fəaliyyət məsələlərini də müzakirə ediblər.

Müxtəlif səviyyələrdə gələcək ikitərəfli əlaqələrin gündəliyinə toxunan XİN rəhbərləri koronavirus pandemiyası ilə əlaqəli məhdudiyyətləri aradan qaldırdıqdan sonra onları davam etdirmək barədə razılığa gəliblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam