Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

ABŞ-Çin xəttində yeni gərginlik:Peyvənd oğurluğu Çinin nəyinə lazımdır?


 

 ABŞ və Çin arasında davam edən koronavirus böhranında bütün dünyanı şoka salan yeni bir iddia ortaya atıldı. 
Yenixeber.org: Çinli hakerlərin ABŞ-da koronavirusu ilə əlaqədar aparılan peyvənd tədqiqatları haqqında məlumatları oğurlamağa çalışdıqları iddia olunur.
 
İddianı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti irəli  sürüb. ABŞ-ın yaxın saatlarda bununla əlaqədar olaraq Çinə nota göndərəcəyi gözlənilir.
 
Qeyd edək ki, koronavirusla bağlı dünyanın 5 ölkəsində 80-ə yaxın peyvənd nümunəsi üzərində tədqiqatlar aparılır. Çinin bu peyvənd araşdırmalarına dair məlumatı niyə oğurlamağa çalışdığı maraq doğurur.
 


Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl dəfələrlə rəsmi Pekini koronavirusu istehsal etməkdə günahlandırır, hətta bu pandemiyanı “Çin virusu” adlandırırdı. Trampın iddiasına görə, koronavirusun yeni yayıldığı ərəfədə Çin dünyanı aldadaraq, onun insandan insana keçmədiyini bildirmiş və bu yalanı sayəsində infeksiyanın daha çox yayılmasına qəsdən şərait yaratmışdı. 
 
Pekinin koronavirus reputasiyasında “qara ləkə” bununla da bitmir. Çin dövlət başçısı Xİ Jinpinqin həmin ərəfədə Ümumdünya Səhiyyə Təşkilatının sədrinə zəng vurub virusun insandan insana keçmədiyini bildirməsi üçün təzyiq etdiyi və ona hədə qorxu gəldiyi də iddialar arasındadır. Bir həngamənin dalğası keçməmiş novbəti birinin ortaya çıxması Vaşinqton-Pekin xəttində yeni gərginliyin yaşanacağından xəbər verir. 
Hadisələrin araşdırılmasına Daxili Təhlükəsizlik Departamentinin qoşulması ABŞ-ın koronavirus pandemiyasına bioloji terror kimi baxdığını göstərir. Belə ki, bu idarə 2001-ci ilin 9 sentyabrında məşhur qoşa qüllələrdə baş vermis terror hadisəsindən sonra yaradılıb və təyinatı ABŞ-dakı konstitusiya quruluşunun qorunması, fəlakətlərə hazırlıq, sərhədlərin qorunması və mülki müdafiə kimi vəzifələri olan digər federal qurumların bir-biriylə əlaqəli işləməsini təmin etməkdən ibarətdir. 2002-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunaraq qüvvəyə minən "İctimai Təhlükəsizlik Qanunu"na görə, terror hadisələri, texnogen və təbii fəlakətlər də qurumun məsuliyyəti altındadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam