Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mayk Pompeo Belarusu Rusiyanın cəngindən qurtarmağa hazır olduqlarını bildirdi-"Neftlə 100 % təmin edə bilərik..."

 

Belarusun paytaxtı Minskdə qısamüddətli səfərdə olan ABŞ dövlət katibi Mayk Pompeo bu ölkəni neftlə təmin etməyə hazır olduqlarını bəyan edib. Virtualaz.org xəbər verir ki, bu bəyanat Rusiyanın Belarusu sıxışdırmaqda olduğu bir vaxtda səslənib.

Yenixeber.org: Belarus Rusiyanın “daha dərin inteqrasiya” tələblərinə, yaxud faktiki olaraq Rusiyaya birləşməyə yox deyərək Moskvaya qarşı son vaxtlar demarş edir və öz suverenliyini qoruyacağını bildirir. Bu çərçivədə Belarus Rusiya neftindən asılılığı azaltmağa çalışır və Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə müraciət edərək neft almaq istədiyini bildirib.

 

Mayk Pompeo Belarusa səfər edən ilk ABŞ dövlət katibidir. O, prezident Aleksandr Lukaşenko ilə danışıqlardan sonra  bəyan edib ki, ABŞ Belarusu neftlə “100 faiz təmin etməyə” hazırdır.

“Bizim enerji resursları istehsalçılarımızı sizi neftlə 100 faiz təmin etməyə hazırdır, rəqabətli qiymətlərlə”,-Pompeo bildirib. Lakin ABŞ dövlət katibi dərhal əlavə edib ki, Amerika müəssisələrinin Belarus bazarına daxil olmasını asanlaşdırmaq üçün bəzi məsələlər həll edilməlidir. Bura Belarusun Ümumdünya Ticarət Təşkilatına daxil olması və özəl sektorun daha fəal inkişafı da daxildir.

Pompeo Minskdə keçirdiyi brifinqdə ABŞ-la Belarus arasında təhlükəsizlik sahəsində də uğurlu əməkdaşlıq olduğunu vurğulayıb. O əlavə edib ki, ABŞ dövlət katibi statusunda Belarusa səfər çoxdan baş verməliydi. “Biz tarixi yada salmalıyıq. ABŞ 1991-ci ildə Belarusun müstəqilliyini ilk tanıyan ölkələrdən olub. Biz bu mövqeyi indi də dəstəkləyirik və daha dərin əməkdaşlığa ümid edirik”,-o bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, onun ölkəsi Belarusa “suveren dövlət kimi formalaşmaqda” kömək etməyə hazırdır. Ona görə də neft təchizatı ilə bağlı kömək göstərmək niyyətindədir. “Biz dünyada ən iri neft istehsalçısıyıq və sizə nə lazımsa bizə müraciət edin, deyin”,-Pompeo bəyan edib.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam