Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ermənistanın istefa vermiş hökumət üzvü -Nikol Paşinyanı hədələyib

“Zaman kimin və nəyin zibillikdə olduğunu göstərəcək”.

Yenixeber.org:   Bunu istefa vermiş Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan baş nazir Nikol Paşinyanın “belə davranan zabit paqonlarını zibil qabına atır” ifadəsinə cavab olaraq bildirib.

“Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelosda keçirdiyi mətbuat konfransında yenidən məlumatı az olan məsələlərdən danışıb. İstefa verməyimə baxmayaraq, Nikol Paşinyan yanıma adam göndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı xahiş edir. Ancaq mənə elə gəlir ki, o növbəti dəfə anlaşmanı pozaraq, aydın olmayan, populist bəyanatlar verib. O, dediyi sözlərin nəticəsi barədə yenə düşünmür.

Nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar - milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Mən yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”, - keçmiş direktor Vanesyan baş naziri hədləyib.

O, Nikol Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Bildirib ki, bu qanuna əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səahiyyətini daşımır: "İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.

Qeyd edək ki, Artur Vanesyan sentyabrın 16-da istefa verib. Onun bununla bağlı verdiyi bəyanat Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilsə də sonra silinib.

Los-Anselosa səfəri zamanı Nikol Paşinyan Artur Vanesyanın xidmətin saytına yerləşdirdiyi qalmaqallı bəyanatın silinməsinə münasibət bildirib. Onun sözlərinə görə, Vanesyan həmin bəyanatda ali baş komandan, baş nazir və silahlı qüvvələri təhqir edib: “Ona görə də həmin bəyanat xidmətin saytından silindi. Belə davranan zabit paqonlarını zibil qabına atır. Sonuncu dəfə 1991-ci ildə sovet dövründə qiyamçılar belə etmişdi”.

Vanesyanın həmin bəyanatında Nikol Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” cümləsi və ifadəsi yayılmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam