Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlham Əliyev müşavirə formatını niyə dəyişdi?-ŞƏRH

 

İlham Əliyev müşavirə formatını niyə dəyişdi?

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirə ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Prezidentin başcılığı altında Nazirlər Kabinetinin müşavirələri yeni formata keçib. Dövlət başçısı yanında müşavirələr aidiyyatı sahə üzrə məsul şəxslərin iştirakı ilə keçirilir. Son müşavirədə yalnız sosial-iqtisadi sahə ilə əlaqəli olan qurumların nümayəndələri iştirak edib. 

Yenixeber.org: Milli Məclisin deputatı Nəsib Məhəməliyev əməkdaşımızla söhbətində bildirib ki, əvvəllər müşavirələr daha geniş tərkibdə keçirilir, ayrı-ayrı dövlət strukturlarının rəhbərləri hesabat xarakterli məruzələr edirdi. Yeni dövrün tələblərinə uyğun olaraq, müşavirələr interaktiv xarakter alıb. İndiyədək edilən hesabat çıxışları sual-cavab, müzakirə müstəvisi ilə əvəzlənir.

Deputatın sözlərinə görə, dövlət başçısı hökumət üzvləri qarşısında yeni tələblər qoyur, onlar artıq diskussiya formatına hazır olmalıdırlar.

"Mən son keçirilən müşavirəyə baxdım və hesab edirəm ki, çox düzgün formatda keçirildi. Sırf sosial-iqtisadi sahəyə aid icra orqanlarının rəhbərləri bir araya gətirildi, yalnız bu sahəyə aid olan məsələlər müzakirə olundu və konkret tapşırıqlar verildi”, - deputat vurğulayıb.

Onun sözlərinə görə, bu gün maliyyə-iqtisadi sabitliyin mövcud olub-olmadığı, büdcənin vaxtı-vaxtında icra olunub-olunmadığı, daxili və xarici borclarımızın artıb-azalması, makroiqtisadi göstəricilərin sabit olub-olmaması, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılıb-saxlanılmaması, manatın devalvasiyasının baş verib-verməməsi və sahibkarlığın inkişafı ilə bağlı hökumətin tədbir görüb-görməməsi cəmiyyəti maraqlandıran məsələlərdəndir: "Ona görə də hökumət cəmiyyəti maraqlandıran məsələləri müzakirə edir. Eyni zamanda, müşavirələrin və yaxud da hansısa bir iclasların keçirilməsi, həmçinin həmin iclasların, müşavirələrin keçiriləcəyi format barədə qərarı təbii ki, Prezident özü verir. Azərbaycanda sahibkarlığın inkişafı, iqtisadiyyatın şaxələndirilməsinin nəticəsi göz qabağındadır. Cənab Prezident müşavirədə qısa şəkildə ümumi iqtisadi artım tempini 2,4 faiz qeyd elədi, qeyri-neft sektorunun payının, xarici ticarət dövriyyəsinin artdığını, makroiqtisadi sabitliyin qorunması və inflyasiyanın nəzarətdə saxlanılmasını bildirdi. Cənab Prezident yekunda qiymət artımının qarşısının alınması və əhalinin içməli suya, qaza və işığa olan tələbatı ilə bağlı tapşırıqlarını verdi. Bildirdi ki, sui-istifadə hallarına yol verilməməlidir. Əhalini maraqlandıran da elə məhz bu məsələlərdir”.

Deputat Prezident İlham Əliyevin son müşavirəsinin yeni formatda keçirilməsini müsbət dəyərləndirdiyini bildirib: "Müşavirələrin dar və geniş çərçivədə keçirilməsi önəmli deyil, önəmli olan cəmiyyəti maraqlandıran məsələlərin müzakirə olunmasıdır. Bu müşavirədə sosial-iqtisadi və büdcənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Elə buna görə də məhz mövzuya aid icraedici orqanların məsul şəxsləri iştirak edirdi. Burada ekoloji, müdafiə, ictimai-siyasi sabitliklə bağlı məsələlər müzakirə olunmurdu. Bu məsələlər müzakirə olunmadığı halda o sahələrə aid rəhbər şəxslərin müşavirəyə cəlb olunmasına ehtiyac da yoxdur. Prezidentin son müşavirəsinin formatı daha dəqiq, daha düzgündür”.

İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, Prezident İlham Əliyevin son müşavirəsinin sırf sosial-iqtisadi sahəyə həsr olunması və yalnız bu sahəyə aid olan icraedici orqanların rəhbər şəxslərinin cəlb olunması yenilik kimi uğurludur: "Hesab edirəm ki, çoxsaylı məmurların iştirak etməsi ilə keçirilən müşavirə formatı özünü doğrultmadı. Dövlət idarəçiliyi siyasətinin digər tələbi də onun xalqa hesablanmış tərəfidir. Düşünürəm ki, müşavirələrin bu səpkidə davam etdirilməsi uğurlu olacaq. Bu dəfə sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirildisə, misal üçün, sabah ictimai-siyasi məsələlərə aid məhz bu mövzuda məsul olan icraedici orqanların rəhbər şəxsləri müşavirə keçirilə bilər. Real idarəetmə üçün bu, çox gözəl addımdır. Təbii ki, sosial-iqtisadi məsələlər xalqı daha çox maraqlandıran məsələlərdəndir. Həmçinin bu sahəyə aid olan icraedici orqanların rəhbər şəxslərinin çoxu yenidir”.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirənin sırf dialoq vasitəsilə keçirilməsi xalqın hökumətə olan etimadını doğruldur: "Eyni zamanda, cənab Prezidentin son müşavirəsinin sual-cavab və diqloq şəklində keçirilməsi də tam yenilikdir. Bu, məhz real söhbət deməkdir. Müzakirələrin real söhbət əsnasında aparılmasıdır və bütün bunların xalqın gözləri qarşısında baş verməsi cəmiyyəti maraqlandıran məsələlərin hökumət üçün önəmli olduğu deməkdir. Bu, xalqın hakimiyyətə olan etimadını daha da artıracaq”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam