Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub - VİDEO

 

Azərbaycana səfəri çərçivəsində ABŞ Konqresi Nümayəndələr palatasının Xarici işlər, silahlı qüvvələr və təxsisatlar üzrə komitələri üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti hərbi hissələrdən birini ziyarət edib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyəti üçün ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına dair brifinq təqdim edilib, Əfqanıstanda və İraqda keçirilən əməliyyatlarda iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş təşkil olunub. 

Qonaqlar şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün hərbi hissədə yaradılan şəraitlə tanış olublar.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, regional təhlükəsizlik, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində ətraflı məlumat verilib.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam