Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Diplomatiya bitdi, müharibə başlayır -Administrasiyadan AÇIQLAMA

 

Diplomatiya bitdi, müharibə başlayır - Administrasiyadan AÇIQLAMA

ABŞ-da Venesuelaya təsir üzrə diplomatik alətlər qurtarır.

Yenixeber.org: “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Karakasla bağlı hərbi variantın tətbiqinə ciddi baxır. Amerika administrasiyasının nümayəndəsi mümkün hərbi müdaxilənin tarixi barədə danışmayıb.

“Gözlənilməzlik elementi son iki ayda bizim hərəkətlərimizin müvəffəqiyyətinin mərkəzindədir. Və biz təəccübləndirməyə davam edəcəyik”, - mənbə deyib.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, ABŞ Kubaya neftin çatdırılmasını həyata keçirən iki Venesurla şirkəti barəsində sanksiyalar tətbiq edəcək. “Qara siyahı”ya həmçinin Venesuelanın dövlət neft şirkətinə (PDVSA) aid 34 gəmi daxil edilib.

“ABŞ prezidentinin göstərişi ilə Venesuela dövlət neft şirkətinin istifadə etdiyi 34 gəmi, həmçinin Kubaya neftin çatdırılmasını həyata keçirən iki şirkətə qarşı sanksiyalar tətbiq ediləcək. Venesuelanın nefti Venesuela xalqına aiddir”, - o, Texasda Ceyms Beyker İnstitutunda çıxış zamanı deyib.

Xatırladaq ki, ABŞ yanvarında PDVSA-ya qarşı sanksiyalar tətbiq edib, Venesuelanın 7 milyard dollarlıq aktivlərinə həbs qoyub və bütün Amerika şirkətlərinə Venesuela şirkəti ilə işləməyi qadağan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam