Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyədə yeni DÖNƏM –Siyasi şərh

 

 

Qabil Hüseynli: “Növbəti prezident seçkilərində isə tamamilə fərqli mənzərənin şahidi olacağıq”

Elxaşn Şahinoğlu: “Bu seçkilərin nəticələri hakim partiyaya ciddi xəbərdarlıqdır”

Yenixeber.org: Türkiyədə bələdiyyə institutu yüksək inkişaf mərhələsini yaşayır. Seçkili qurumlara xalqın dəstəyi ilə seçilən bələdiyyə başçıları yerli idarəetmədə əsas iştirakçı ola bilirlər. Martın 31-də  Türkiyədə keçirilən seçkilərdə siyasi qüvvələrin apardığı mübarizə bələdiyyələrin partiyalar üçün nə dərəcədə önəmli olduğunu bir daha göstərdi. Seçkilərdə ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) gözləniləndən üstün nəticə göstərməsi, Türkiyə üçün önəmli olan şəhərlərdə qalib gəlməsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) əvvəlki nüfuzunu ciddi şəkildə itirdiyinin bariz göstəricisidir.

Seçkidən öncə siyasi şərhçilər bələdiyyə seçkilərinin nəticələrinin Türkiyənin gələcəyi üçün ciddi önəm kəsb edəcəyini qətiyyətlə vurğulayırdı. Türkiyə Azərbaycanla strateji müttəfiq olduğu üçün bu seçkilər ölkəmizdə də diqqətlə izlənilir. Bu baxımdan Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətli hesab olunur. Türkiyənin gələcək taleyi Azərbaycana da bu və ya digər formada təsirsiz ötüşməyəcək. Maraqlıdır, Türkiyədə seçkidən sonra vəziyyət necə olacaq? Türkiyənin siyasi mənzərəsi hansı yöndə dəyişəcək?

Politoloq Qabil Hüseynli “Cümhuriyət” qəzetinə Türkiyənin seçkidən sonrakı durumunu şərh edib. Q.Hüseynlinin sözlərinə görə, bu seçkilər hakim Ədalət və İnkişaf Partiyasının iflası oldu:

“Baş verənləri təbii qarşılamaq lazımdır. Çünki AKP-nin artıq ölkənin inkişafına verə biləcəyi heç nə yoxdur. Türkiyədə iqtisadi inkişaf ciddi sürətdə ləngiyib. Çox böyük inflyasiya var. Əhalinin AKP-yə etimadı da xeyli zəifdir. Hesab edirəm ki, digər xoşagəlməz nüanslar olmasaydı, CHP-nin digər partiyalarla birləşdiyi qurum daha böyük səs toplaya bilərdi. Düşünürəm ki, bu bütün mitinqlərdə partiyanın, “Cümhur İttifaqı”nın təbliğatını üzərinə götürən Ərdoğana ciddi xəbərdarlıq idi. Baş verənlər AKP-nin sonunun yaxınlaşdığını göstərir. Getdikcə CHP ətrafında siyasi qüvvələrin bloklaşma prosesi daha da ciddiləşəcək”. 

Qabil Hüseynli deyib ki, növbəti prezident seçkilərində daha fərqli mənzərənin şahidi olacağıq:

“Keçən prezident seçkilərində də seçki şəffaf aparılsaydı, hesab edirəm ki, tamamilə fərqli mənzərənin şahidi olardıq. Türkiyədə demokratiyanın ənənələri, dərin kökləri var. Onu sarsıtmaq mümkün deyil. Türkiyə demokratiyası hər zaman özünü doğrultmayan siyasi partiyaları cəzalandırmağı bacarıb. Hesab edirəm ki, bələdiyyə seçkilərinin nəticələri AKP üçün iflasdır, çox böyük məğlubiyyətdir. Azacıq abrı-həyası olan insan bundan ciddi nəticələr çıxarmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki,  bu seçkilər AKP-yə ciddi xəbərdarlıqdır. E.Şahinoğlu deyib ki, Ərdoğan lazımi addımları atmasa müxalifət daha da güclənə bilər:

“Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqini yenidən yüksəltmək üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək”.  /Cebhe.info/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam