Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI

 

ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI

Amerika və Böyük Britaniya hərbçiləri arasında münasibətlər “F-35” qırıcılarının alınması ətrafında mübahisəyə görə pisləşə bilər.

 Yenixeber.org: Bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Sky News” telekanalı bildirib.

London qırıcıların “B” (dəniz əsaslı) tipindən 138 ədəd almağı planlaşdırırdı. Ancaq telekanalın mənbəyi bildirib ki, Kral Hərbi-Hava Qüvvələrinin rəhbərliyi onlardan bir hissəsini “A” (yerüstü əsaslı)) tipli qırıcılarla əvəz etməyə hazırlaşır.

“Sky News” qeyd edir ki, Britaniya hərbçiləri, ola bilər ki, pula qənaət etməyə çalışırlar. Belə ki, “B” tipli “F-35”-lər 90, “A” tipli qırıcılar isə 70 milyon funt-sterlinq dəyərindədir.

Telekanalın mənbəyi qeyd edib ki, ancaq dəniz əsaslı qırıcıların sayında ediləcək dəyişiklik Böyük Britaniyanın təyyarədaşıyan proqramını pozacaq. Onun sözlərinə görə, eskadrilyaların sayı azalacaq. Mənbə hesab edir ki, belə addım Vaşinqtonla münasibətləri korlayacaq.

“Əgər britaniyalılar döyüş əməliyyatları zonasında döyüş bacarığı olan təyyarədaşıyansız meydana çıxarsa, onda bu, bizim hərbi imkanlarımızı tamamilə etibardan salacaq. Əgər Kral Hərbi-Hava Qüvvələri “A” tipli “F-35” qırıcıları alacaqsa, onda bu faktiki olaraq ABŞ-ın gözlərində böyük xəyanət kimi görünəcək”, - mənbə bildirib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam