Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vitse-spikerdən gözlənilməz etiraf-Ermənistanda

 

Ermənistanın vitse-spikerindən gözlənilməz etiraf
Ötən gün Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı Ermənistan üçün KTMT-də baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib.
Yenixeber.org: Şarmazanov sonra diqqətiçəkən bir etiraf edib: "Korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin"

O, eyni zamanda keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından hesab edilir, həm də sədrlik etdiyi respublikaçılar partiyasının mətbuat katibidir.

Millət vəkili Aydın Mirzəzadənin fikrincə, hələ də kiriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib.

"Birincisi, demə Ermənistan üçün beynəlxalq hüquq və nizamnaməsini imzaladığı təşkliatların qaydaları üstün deyil. O, istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtı ilə baş katibliyə cani generalın namizədliyinin verdiklərinin sorğusunu etmədilər.

İkincisi isə, Şarzamanov Sarkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf etdi. Və ciddiyyətlə bildirir ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq, korrupsiyanı saxlamaqla dövləti necə qurmağın mümkün olduğunu demədi".

Qeyd edək ki, Eduard Şarmazanov Nikol Paşinyanı Ermənistanın beynəlxalq mövqelərini və dövlətin təhlükəsizliyini zəiflətməkdə ittiham edib. Onun sözlərinə görə, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb.

Müxalif vitse spiker əlavə edib ki, Astana sammitində Ermənistanın namizədinin qəbul edilməməsi Paşinyan hakimiyyətinin açıq-aydın məğlubiyyətidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam