Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropalıların əsas qorxusu:İRANDA XAOS YARANARSA, QONŞU ÖLKƏLƏRİ DƏ CƏNGİNƏ ALACAQ

Şahir Şahidsaless

“Middle East Eye”

 

Oktyabrın 27-də Fransa və Almaniya Suriyadakı münaqişədə davamlı bir həll axtarmaq üçün bölgənin iki böyük oyunçusuna – Rusiya və Türkiyəyə qatılıb. Fransa prezidenti Emmanuel Makronun İstanbul sammitində açıqladığı “prioritet” Suriya üsyançılarının son qalası olan İdlibdə vəziyyət idi.

Yenixeber.org: Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Makronla birgə bəyanatında İdlibdə “davamlı atəşkəs”ə çağırış səslənib.

 

Niyə İdlib vacibdir?

 

ABŞ-ın yoxluğunda Aİ-nin əsas oyunçularının hərəkətləri onların Birləşmiş Ştatların Suriya siyasətindən ayrılmasının açıq göstəricisidir. Çünki Vaşinqton şərtləri yerinə yetməyə qədər müharibənin bitməyəcəyini iddia edir.

Milli təhlükəsizlik müşaviri Con Bolton hələ avqust ayında verdiyi açıqlamada demişdi: “Suriyadakı maraqlarımız İŞİD xilafətinin məhvini bitirmək, İŞİD terrorizminin davamlı təhdidi ilə məşğul olmaq, iranlı milislərin və nizami qüvvələrinin varlığından narahatlıqdır”.

Bu, ABŞ-ın yaxın gələcəkdə müharibəni davam etdirməkdə qərarlı olduğunu göstərir.

İstanbul zirvəsinin bəyanatında müharibə gedən ölkədə “azad və ədalətli seçkilər”in keçirilməsi, “qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qaytarılması” üçün şərait yaradılması çağırışı var. Zirvəsi özlüyündə gerçəkliyi etiraf edib: Əsəd müharibəni udub.

Bəs İdlibdə vəziyyət Avropa üçün niyə bu qədər böyük əhəmiyyətə malikdir?

İdlib – Suriyanın 14 əyalətindən biridir. O, Şimal-Qərbi Suriyada, Türkiyə ilə sərhəddə yerləşir. BMT-nin hesablamalarına görə, bu gün İdlibdə təxminən üç milyon insan yaşayır. Onların əksəriyyəti digər əyalətlərdən qaçmaq məcburiyyətində qalmış insanlardır.

BMT-nin fövqəladə yardım üzrə koordinasiya quruluşu olan OCHA-nın Şamda yerləşən nümayəndəsi Linda Tom bildirib ki, İdlibə edilən hücum zamanı 800 min nəfər qaçmağa məcbur ola bilər.

İdlibdə artıq humanitar fəlakət mövcuddur, yoxsul köçkünlər böyük düşərgələrdə yaşayır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, vilayətdə 1,6 milyondan çox insan qida yardımı alır.

Sadə təbirlə, İdlibdə Avropanın maraqları öz təhlükəsizlik məsələləri ilə bağlıdır. Onlar döyüşçülərdə daxil olmaqla, yeni qaçqın axını istəmirlər. İdlibdə baş verəcək müharibə başqa bir qaçqın böhranı törədəcək, ehtimal ki, həm də Avropada terror hücumları.

 

Suriya-İran əlaqəsi

 

“Pew” Araşdırma Mərkəzinin 2018-ci ilin yanvar ayında nəşr etdiyi hesabata əsasən, münaqişə başladıqdan sonra sığınacaq almaq təxminən bir milyon suriyalı qaçqın kimi Avropaya köçüb. 500 mindən çox suriyalı Almaniyada kök salıb və 2011-2017 illəri arasında sığınacaq müraciətləri xeyli artıb.

2015-ci ildə Merkelin açıq qapı siyasətini tənqid edənlərə cavab olaraq kansler “sadəcə qapını bağlamaq problemi həll edə bilməz” deyirdi. Merkel iddia edirdi ki, Avropa Suriyada sülh təmin etməklə köç böhranını həll edə bilər.

Suriya böhranı və İranın nüvə razılaşması arasında əlaqə nədir?

Avropalı liderlər dəfələrlə vurğulayıblar ki, İranla nüvə razılaşması Avropanın təhlükəsizliyi ilə bağlıdır. May ayında Aİ-nin xarici siyasət şefi Federika Moqerini deyib: “Bizim üçün bu, iqtisadi yox, Avropa İttifaqının təhlükəsizlik maraqlarıdır, çünki İranla nüvə razılaşması olmadıqda, bölgənin və Avropanın təhlükəsizliyi azalacaq”.

Bu baxımdan avropalıların Suriyada sülhü niyə dəstəkləməsi aydındır.

 

Tehranda rejim dəyişikliyi yoxdur

 

Onların arqumenti belədir: ABŞ administrasiyasının “maksimum təzyiq” və “İrana qarşı ən sərt sanksiyalar” tətbiq etmək niyyəti xaos yaradacaq və İran xalqını hökumətə qarşı üsyana sövq edəcək.

ABŞ-ın İrana qarşı siyasətinin hazırkı memarları – dövlət katibi Mayk Pompeo və Con Bolton Ağ Evə girməzdən qabaq İranda “rejim dəyişikliyi”ni dəstəkləyiblər.

Ancaq İranın mövcud sisteminə alternativ yoxdur. İran sanksiyalar nəticəsində, xaosa düçar olarsa, heç bir yeni rejim boşluğu doldura bilməz.

Nəticədə İran “ölü dövlət” halına gələcək.

Belə bir vəziyyətdə, Əfqanıstandan Suriyaya qədər uzanan “ölü dövlətlər” arealı beynəlxalq və regional terror təşkilatları üçün nəhəng bazaya çevrilərək bütün bölgəni sabitsizləşdirə bilər.

İran, həmçinin mütəşəkkil cinayətkarlıq və Türkiyə vasitəsilə Əfqanıstanla Qərb arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün meydan olar.

Nəhayət, xaos və vətəndaş müharibəsi qonşu ölkələrə daxil ola, Türkiyə və İraqı da qeyri-sabitləşdirə bilər.

Parlamentin nüfuzlu milli təhlükəsizlik və xarici siyasət komissiyasının yeni rəhbərə İranın xarici siyasətində görünməmiş bir paradiqma dəyişikliyi təklif edən, xarici siyasət aparatında yüksələn ulduz olan Həşmətullah Fəlahətpişe Avropanın mövqeyini bu cür nəzərdən keçirir: “Avropa ölkələri anlayır ki, regionda qeyri-sabitliyin nəticəsi Avropanın sərhədlərinə ziyan vura bilər… Avropalılar İranı regionun sabitlik adası sayır… Onlar bilirlər ki, regionda stabilləşdirmə siyasəti mənfəətlərinədir… Onlar [nüvə razılaşmasını xilas etmək üçün] ciddi şəkildə İranla əməkdaşlıq etmək istəyirlər, amma [ABŞ-ın qeyri-sabitlik siyasətini önləmək üçün] nə dərəcədə əməliyyat potensialına malik olduqları aydın deyil”.

Avropanın bölgədə sabitliyə yönəlməsi ABŞ siyasətinə qarşı çıxmaqdır. Bu, qismən humanitar narahatlığa, ancaq Avropaya keçəcək xaosun dağıdılması məqsədinə daha çox köklənib.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam