Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Erməni general rüsvayçılıqla getdi, yerinə gələn isə... –Şərh

 

Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibliyindən rüsvayçı bir şəkildə uzaqlaşdırılması qurumun işini daha da sağlamlaşdıracaq.

Yenixeber.org: Bu sözləri KTMT-nin baş katibi postuna Belorusun dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyinin irəli sürülməsi haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

“Ermənilər Xaçaturova güvənərək KTMT vasitəsilə Azərbaycan əleyhinə müəyyən təxribatlar təşkil etməyə çalışırdılar. Şovinst Xaçaturov birbaşa bu işin içində olsa da, ermənilərin bütün cəhdləri demək olar ki, iflasa uğradı. Üstəlik, Putin də ermənilərin bu əməllərinə əhəmiyyət vermədi. İndi erməni generalın yerinə Azərbaycan üçün xoş olan bir şəxs, Bakıda təhsil almış, milliyyətcə isə belaruslu Stanislav Zasın namizədliyi irəli sürülür. Belorus dövlət təhlükəsizlik katibi Zasın Bakı ilə çox yaxşı əlaqələri olub. Əgər Xaçaturovun dövründə ermənilər bu təşkilatı Azərbaycana qarşı bir dəyənək kimi istifadə edirdilərsə, Zasın baş katib kimi təsdiq olunacağı halda bu kimi hallar tamamilə aradan qalxacaq. Beləliklə, təşkilat nizamnamə ilə ona həvalə edilmiş vəzifələri yerinə yetirəcək”, - politoloq bildirib.

Politoloqun fikrincə, KTMT-yə rəhbərliyin Belarusa keçməsi təşkilatı daha normal bir quruma çevirəcək:

“Azərbaycanın MDB-də Rusiyadan sonra ən yüksək ticarət dövriyyəsi Belarusladır. Son dövrlərdə Azərbaycanın Belarusun sənaye məhsullarına diqqəti artıb. Belarusla hərbi əlaqələrimiz və ikitərəfli münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Belarus heç nəyə məhəl qoymadan ən yeni hərbi məhsullarını Azərbaycana satmaqda davam edir. Üstəlik, hər iki ölkə rəhbərinin çox yaxın münasibətləri var. Belarus MDB, eləcə də Avrasiya Birliyində Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə edib. Lukaşenko MDB-də Nazarbayevdən sonra Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun surətdə tənzimləməyi tələb edən ikinci şəxsdir. Bu, Azərbaycan üçün böyük üstünlükdür. Bu fonda KTMT-yə baş katibliyin Zasa keçməsi təşkilat daxilindəki situasiyanı tamamilə dəyişə bilər ki, bu da ermənilərin növbəti məğlubiyyətinə çevrilə bilər”.

Qeyd edək ki, erməni general Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələrinə görə tutduğu vəzifədən geri çağırılandan sonra KTMT-də baş katib postu boş qalıb.

Hazırda KTMT-nin baş katibi postuna Belorusun dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyi müzakirə olunur.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam