Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

BAXIN, DANIŞAN XARİCİ İŞLƏR NAZİRİMİZDİR! –Çavuşoğlu birşey başa düşdümü? (VİDEO)

Elmar Məmmədyarov yenə Azərbaycan dilinin “anasını ağlar qoydu”

elmar-memmedyarov

İki gün öncə İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib.

 Yenixeber.org: Məlumata görə, növbəti dəfə “yüksək perfromans” göstərən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Ancaq təəssüf ki, bu müzakirələrin səbəbi xarici işlər nazirimizin dərin analitik qabiliyyətindən irəli gələn hansısa parlaq fikirləri, təklifləri, dəyərləndirmələri deyil, ümumiyyətlə bu adamın nə dediyinin, hansı dildə danışdığının anlaşılmaz olmasıdır.

Yəqin hər kəs razılaşar ki, Azərbaycan kimi mürəkkəb regionda yerləşən, Qarabağ konflikti kimi çox çətin problemlə üz-üzə qalan, eləcə də müxtəlif beynəlxalq güclərin hədəfində olan bir ölkənin xarici işlər naziri çox yüksək səviyyəli diplomat, güclü intellekt sahibi və ən azından müəyyən xarizmaya malik bir şəxs olmalıdır. Ancaq nə qədər acı olsa da, təəssüf ki, bizim tanıdığımız Elmar Məmmədyarovun nazir olduğu 15 ilə yaxın müddətdə nəinki xarizmasının, nə səlis məntiqinin nə də adi nitq qabiliyətinin şahidi olmuşuq…

Adətən, istənilən səviyyədə Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin görüşündə tərcüməçiyə ehtiyac qalmır və tərəflər bir-birini asanlıqla başa düşür. Ancaq kiminlə desəniz bəhsə girərik ki, aşağıda izləyəcəyiniz çıxışda nə Mövlud Çavuşoğlu, nə də türkiyəli jurnalistlər Elmar Məmmədyarovun nə dediyini anlamırlar. İndi görün oradakı gürcülər nə çəkirlər. Qınamalı da deyil, əgər biz anlamırıqsa, bu binəvalar necə anlasınlar?

Məmmədyarovun barəsində danışdığımız çıxışına baxdıqca görürsən ki, hörmətli xarici işlər nazirimizə Azərbaycan dili üzrə tərcüməçi lazımdır. Çünki nazirimizin dediklərini təkcə xarici dillərə deyil, elə Azərbaycan dilinə də tərcümə etməyə ehtiyac var. Cümlələrin gələcək zamanda başlayıb, keçmiş zamanda qurtarması, mübtədayla xəbərin ortalıqda çaş-baş qalıb başını itirməsi, bir sözlə, dilimizin “anasını ağlar qoyması” bir tərəfə, bu adam Azərbaycan dilində rəqəmləri də düz deyə bilmir. Elə həmin bu çıxışda xalqımızın, dövlətimizin adından danışan, Azərbaycan diplomatiyasının 1-ci şəxsi (!) sayılan nazir “2020-ci ildə” ifadəsini “iyirmi iyirmidə”kimi tələffüz edir.

Əslində, izlədiyimiz bu mənzərə nə qədər gülməlidirsə, bir o qədər də acınacaqlı və bəlkə də faciəvidir. Və əgər diplomatiya, diplomatlıq budursa, daha bizim heç bir sözümüz qalmır və yalnız təəssüflə deyə bilirik ki, baxın, danışan Azərbaycanın xarici işlər naziridir…!(azpolitika)

Cəlal MƏMMƏDOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam