Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Merkeldən ŞOK QƏRAR-18 il sonra

 

Merkeldən 18 il sonra ŞOK QƏRAR

Bazar günü Almaniyanın Hessen federal əyalətində keçirilmiş parlament seçkilərində ölkədə hakim koalisiyanın üzvü olan iki partiya – kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) böyük itkiyə məruz qalması Merkelin sürpriz qərarı ilə nəticələnib.

Yenixeber.org: Kansler XDİ-də toplantı keçirərək dekabrda baş tutacaq qurultayda partiya rəhbərliyinə namizəd olmayacağını açıqlayıb.

Qeyd edək ki, Merkel 18 ildir XDİ-nin lideri idi.

Xristian demokratlar parlament seçkilərindən sonra Hessen federal əyalətində də böyük miqdarda səs itirib.

“Exit-polların nəticələrinə görə, XDİ 28 faiz, ASDP isə 20 faiz seçici səsi toplayacaq. Müqayisə üçün bildirək ki, 5 il bundan əvvəl Hessendə keçirilmiş seçkilərdə bu iki partiya müvafiq surətdə 38,3 faiz və 30,7 faiz səs toplamışdı. Sosioloqlar bu qədər ciddi itkiləri ilk növbədə onunla izah edirlər ki, seçicilər Berlində lap yaxın vaxtlarda - 2018-ci ilin mart ayında formalaşmış hakim koalisiyanın işindən narazıdırlar.

İki həftə bundan əvvəl Bavariyada keçirilmiş seçkilərdə də seçicilərin motivləri eyni olub. Burada çox nadir hallarda rast gələn bir vəziyyət yaranıb: mühafizəkar blokda XDİ-nin tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) mütləq çoxluqdan məhrum olub, sosial-demokratlar isə heç 10 faiz də səs toplamayıblar.

Beləliklə, son iki həftədə Almaniyada hakim partiyalardan ikisi böyük məğlubiyyətə uğrayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam