Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Ermənilər Putinin Bakı səfərindən inciyiblər:“Moskvanın bölgədə ən yaxın müttəfiqi bizik, amma ruslar bizi alçaldırlar”  

Sərkis Artsruni

1-in.am (Ermənistan), 27.09.2018

 

Yenixeber.org: Rusiya prezidenti ən yaxın vaxtlarda Ermənistana səfər edəcək, bu yöndə müzakirələr davam edir: Ermənistan XİN mətbuat katibi Tiqran Balayan dünən jurnalistlərlə görüşün gedişində deyib. O söyləyib: “Rusiya prezidentinin mümkün səfəri haqda müzakirələr davam edir. Vaxtı hələlik dəqiqləşməyib. Təkcə deyə bilərəm ki, həm biz, həm də Rusiya tərəfi səfəri təsdiqləmişik. Ən yaxın vaxtda deyə bilmərəm, amma bu səfər  tezliklə baş tutacaq. Səfərin statusu rəsmi olacaq”.

Ermənistan baş naziri Nikol Paşinyan əvvəllər ehtimal edib ki, Putin ya bu ilin axırında, ya da gələn ilin əvvəlində Ermənistana gələcək.

Moskvada sanki bəhanə gözləyirmişlər ki, İrəvandan səslənən istənilən bəyanatı sətirarası təkzib etsinlər – Ermənistan-Rusiya münasibətlərinin böhranlı xarakterini göstərmək üçün. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dünən eyham vurub ki, Putinin Ermənistana səfəri Moskva üçün prioritet deyil və İrəvan öz “növbəsini” sakitcə gözləyə bilər. Uşakov brifinqdə deyib: “Doğrudan da, prezidentimizin Ermənistana səfərinin təşkili imkanı müzakirə olunub, amma konkret vaxt hələlik müzakirə olunmur”.

O, əlavə edib: “Nəzərdə tutulur ki, prezidentlər hələ, yəqin ki, təkcə Düşənbədə (MDB sammitində) deyil, həm də Astanada KTMT sessiyasında görüşəcəklər. Bu dəfə Moskvada dekabrda da Avrsiya İqtisadi Birliyinin sammiti planlaşdırılır ki, bu da liderlərə, ən azı, qısaca danışmaq imkanı verəcək. Ermənistana səfər, yaxud hansısa vaxt haqda məsələ hələlik müzakirə olunmur… Düşünürəm ki, yəqin, səfər planında gələn ilə yönəlməyin mənası var”. O, yada salıb ki, Rusiya lideri və Ermənistan baş naziri Nikol Paşinyanın son görüşü “lap bu yaxınlarda” olub.

Xatırlatmağın yeridir ki, Putin “lap bu yaxınlarda”, daha dəqiqi, 1 sentyabrda Soçidə Azərbaycan prezidenti İlham Əliyevi qəbul edib, amma bu heç də mane olmur ki, Rusiya və Azərbaycan prezidentləri bu gün yeni görüş keçirsinlər – bu dəfə Bakıda. Özü də formal planda Rusiyanın bölgə müttəfiqi Azərbaycandan fərqli olaraq AİB və KTMT üzvü olan Ermənistandır.

Lakin Uşakovun dünənki sözlərində təhqirli başqa bir eyham var idi. O, imkan daxilində Ermənistanın Rusiya siyasətindəki rolunu, uyğun olaraq Putinin  Ermənistana səfərinin dövləti, siyasi önəmini də alçaldır. Halbuki Ermənistan tərəfi inadla iddia edir ki, Putinin İrəvan səfəri rəsmi olacaq, uyğun olaraq Paşinyan və Putinin başqa meydançalarda görüşməsi o qədər vacib deyil. Uşakov isə eyham vurur ki, bu günki Ermənistan-Rusiya münasibətləri o yerə çatmır ki, vaxt prioritetdə müzakirə olunsun və Paşinyanın gedişatda Putinlə “fotoşəkil çəkdirə” biləcəyi bir neçə tədbiri növbə üzrə sadalayır. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan Putinlə üç dəfə görüşüb və bu görüşlərin heç biri rəsmi olmayıb.

“Parlaq” Ermənistan-Rusiya münasibətlərinin mənzərəsi belədir. Putinin çevrəsində əmindirlər ki, Ermənistanın qaçmağa yeri yoxdur və Rusiya prezidentinin bir neçə saatlıq sərbəst “pəncərəsi” olarsa, Putinin baş tutacaq “qardaşlıq” səfərini səbirlə gözləyəcək.

Rusiyanın bu cür imperial izharı yeni deyil və bu halda Moskvanı deyil, inqilaba baxmayaraq, Ermənistanın xarici siyasətinin dəyişməyəcəyini hər cür meydançalarda bildirərək birvektorlu xarici siyasəti davam etdirən Ermənistan hökumətini taqsırlandırmaq gərəkdir. Belə alınıb ki, Ermənistanın birinci şəxslərinin bütün xarici səfərlərinin baş “qəhrəmanı” Rusiya olub, çünki Nikol Paşinyanın bütün səfərləri Ermənistanın xarici siyasətinin dəyişməzliyinə inanadırmaqdan başlanır.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam