Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp Paşinyanla görüşdən imtina etdi

    

Tramp Paşinyanla görüşdən imtina etdi
Sentyabrın sonunda Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasının açılışında iştirak etmək üçün ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Trampın həmin tədbirə qatılacağı gözlənilir.
Yenixeber.org: Erməni KİV-ləri Qərb mətbuatına istinadən diqqət çəkən məlumat yayıblar. Bildirilib ki, Tramp sessiya çərçivəsində Paşinyanla görüşdən imtina edib.

Qeyd olunub ki, qərbpərəst Paşinyanın Rusiyaya mütəmadi səfərləri və bəzi addımları Qərbdə anlaşılmazlıq yaradıb. Belə ki, ABŞ ona əvvəlcədən xəbər edilmədən Rusiyanın təklifi ilə Ermənistanın Suriyaya “humanitar qoşun” göndərmək qərarının məğzini anlaya bilmir. 

Qərb mətbuatının yazdığına görə, həmçinin, Paşinyanın şəxsi göstərişi ilə rus mütəxəssislərin Ermənistandakı ABŞ laboratoriyalarına girişinə icazə verilməsi Vaşinqtonun xoşuna gəlməyib və Paşinyanın bu dərəcədə “sərbəstliyi” Qərbdə qıcıq doğurub. 

Həmçinin vurğulanır ki, Amerika tərəfi Paşinyana paritet tələbi irəli sürüb. Əgər ruslara icazə verilirsə, onda Ermənistandakı Rusiya laboratoriyaları da ABŞ mütəxəssislərinə açıq olmalıdır. Etibarlı mənbələrdən əldə olunan məlumatlara əsasən, bütün bu ziddiyyətləri nəzərə alan Vaşinqton Trampın Paşinyanla sentyabra təyin olunan görüşünün baş tutmayacağını bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam