Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-Türkiyə qarşıdurması: yaxın aylarda bu olmasa… -Politoloq

 

Türkiyə Cumhuriyyətinin yüksək səviyyəli nümayəndə heyətlərinin Rusiyaya səfərləri, yaxud hansısa beynəlxalq tədbirlərdə ikitərəfli görüşləri son vaxtlar mütəmadi baş verir. Bu proses ABŞ-Türkiyə arasında münasibətlərdə olan gərginlik yüksəldikcə daha da intensivləşir.

Yenixeber.org: Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, hazırda münasibətlər indiyə qədər olmayan həddə soyuqlaşıb:

“Bu soyuqluğun yaranmasında isə birbaşa rolu prezident Tramp oynayır. Onun Tvitter hesabı vasitəsi ilə Türkiyə əleyhinə atdığı tvitlər dünya mətbuatının gündəmindən düşmür, eyni zamanda Türkiyə rəhbərliyini də bunlara cavab verməyə məcbur edir. Artıq məlumatlar var ki, ABŞ siyasi dairələrində Trampın Türkiyəyə qarşı göstərdiyi münasibətə etirazlar səslənməyə başlayıb . Bu gərginliyin ABŞ-ın milli maraqlarına qarşı olduğu bildirilir və əlaqələrin əvvəlki səviyyəyə qayıtması üçün dərhal işlər görülməsi istənilir. Hələlik isə bu istiaqamətdə irəliləyişin şahidi olmuruq. Belə bir situasiyada Türkiyənin Rusiya ilə strateji məsələlərdə danışığa başlamasını da başa düşüləndir. Bu əməkdaşlıq Türkiyə üçün arzuolunan olmasa da, yaranmış vəziyyətdə onun bunu etməsini anlayışla qəbul etmək lazımdır. Bir NATO ölkəsinin təmsil olunduğu hərbi ittifaqa rəqib olan bir dövlətlə hərbi-texniki sahədə əməkdaşlıq müzakirələri gedirsə, bunun səbəbkarı Türkiyəni belə bir addım atmağa məcbur edənlərdir. Yaxın bir neçə ay ərzində arada olan anlaşmazlıqlar müzakirə olunub həllini tapmayacaqsa, sonradan münasibətlərin əvvəlki axarına qayıtması böyük problemə çevriləcək”.(axar.az)

Qeyd edək ki, son bir həftə ərzində Türkiyənin Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidan artıq ikinci dəfədir Moskvaya səfər edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam