Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tehran imamcüməsindən ABŞ-a təhdid:“Bizə hücum edərlərsə, İsraili darmadağın edərik!”

  

“ABŞ İrana hücum edərsə, biz də İsraili yerlə bir edərik”.

Yenixeber.org: Bunu Tehran imamcüməsi Seyid Əhməd Xatəmi Qurban bayramı xütbəsində deyib.

Ayətullah xütbəsində ABŞ-ın İran əleyhinə siyasətini tənqid edərək bildirib ki, Tramp hakimiyyəti İrana ən kiçik zərər verməyə qalxarsa rəzil olacaq. Bunu yaxşı bilməlidirlər. Onlar İran əleyhinə hər növ hücumunun ağır nəticəsinin yalnız özləri ilə məhdudlaşmayacağını, bölgədəki müttəfiqləri sionist rejimi də əhatə edəcəyini anlamalıdırlar".

Xatəmi, ABŞ-ın bütün prezidentlərinin İran ilə müzakirə aparmağa çalışdıqlarını, ancaq hamısının uğursuz olduğunu bildirərək Tramp hakimiyyətinin də “bu yuxusunun qursağında qalacağını" deyib.

 O, fikrini belə davam etdirib:

“ABŞ prezidenti Donald Trump indiyədə İranla 8 dəfə müzakirə aparmaq təklifi irəli sürüb, ancaq indi yalan danışaraq bunu inkar edir. Siz yalançısınız, nüvə sazişi pozub aradan qaldırdınız, çünki raket məsələsini yenidən müzakirələrdə masaya yatırmaq istəyirsiniz".

 ABŞ-ın israrlı təkliflərini geri çevirmələrinin səbəbinə aydınlıq gətirən Xatəmi bunu Vaşinqtonun hər istədiyini diktə etmək xasiyyətilə əlaqələndirib:

"ABŞ müzakirələrdə diktatorluq etmək həvəsindədir. “Bizim hər istədiyimizi qəbul edin” deyirlər, amma İslam rejim bu cür istəklərin qarşısında indiyədək olduğu kimi, bundan sonra da boyun əyməyəcək".(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam