Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Vaşinqton İrandan neft alan ölkələrə təzyiq edir–Sanksiyalar noyabrda yenidən qüvvəyə minəcək


 

Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başlayıb. İyunun 26-da ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək.

Yenixeber.org: Prezident Donald Tramp mayın 8-də ABŞ-ın İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxdığını elan edib. 2015-ci ilin sazişi İranı özünün nüvə proqramını məhdudlaşdırması hesabına sanksiyalardan azad edirdi.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Tramp İrana qarşı sanksiyaların qaldırılması müddətinin 180 gündən artıq uzadılmayacağı barədə fikrində qətidir. Bu müddət noyabrın 4-də bitir.

Tramp administrasiyası bu müddətdən o yana hətta öz müttəfiqləri üçün də güzəşt edilməyəcəyini bildirib. Rəsmi deyib ki, administrasiya İranın bütün valyuta gəlirləri kanallarını bağlamaq niyyətindədir.

Rəsmi bunu da əlavə edib ki, ABŞ özünün Yaxın Şərq müttəfiqləri ilə neft hasilatının artırılması barədə razılaşma əldə etməyi planlaşdırır. Vaşinqtonun fikrincə, bu yolla İran neftinin idxalının qadağanı neft qiymətlərini təsirləndirməməlidir. (Azadlıq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam