Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Erməni həyasızlığı:“Şimali Qarabağ” və Tiflisə iddia – Xəritə

 

Ermənistandakı “məxməri inqilab”ın qələbəsindən sonra bədnam qonşumuzun Rusiyadakı səfirliyində ermənilərin saxta tarixinin təqdiqatçısı olan Samvel Karapetyanın 2004-cü ildə yazılmış yalan və təcavüzkar iddialarla dolu “Şimali Arsax” (Şimali Qarabağ) kitabının rus dilinə tərcümə edilmiş versiyasının təqdimatı ABŞ-ın əli ilə çevriliş edən işğalçı dövlətin bundan sonrakı siyasətinin əsas istiqamətlərini müəyyən etməyə imkan yaradıb


Yenixeber.org:  “Kavkaz plus” nəşri qonşu dövlətlərin torpaqlarına iddialarından əl çəkməyən ermənilərin, kitabın üz qabığında yerləşən xəritədən də göründüyü kimi, Azərbaycan-Gürcüstan sərhədi boyu yerləşən torpaqlara iddia ilə çıxış etdiklərinə diqqət çəkib.
Samvel Karapetyanın hüdudsuz və reallıq hissini itirən təsəvvürənə görə, “Şimali Arsax”ın əraizinə Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.
“Bildiyiniz kimi, Gürcüstan və Azərbaycanı birləşdirən əsas magistral Qırmızı Körpüdən keçir. Bu magistral vasitəsilə Gürcüstan-Azərbaycan sərhədini keçən heç kimin ağlına belə gəlmir ki, sərhədi keçməklə “Şimali Arsax” ərazisinə gəlmiş olurlar. Üstəlik, erməni milliyətçilərinin təsəvvürünə görə, onlar “Şimali Arsax”a (Azərbaycan ərazilərinə iddia) qədim erməni torpağı olan Quqarkdan (Kvemo Kartli də daxil olmaqla Gürcüstanın bütün cənubuna iddia) gəlirlər”, - nəşr yazıb.
Nəşr ermənilərin özlərini Qafqaz Albaniyasının davamçısı hesab etmələrinin, Qərbi Azərbaycanın şimalına, Gürcüstan torpaqlarına, paytaxt Tiflisə belə iddialarla çıxış etmələrinin Azərbaycanla yanaşı Gürcüstanın da milli təhlükəsizliyinə təhdid olduğunu qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam