Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Arif Hacılıdan narazılar yeni mərkəz yaratdılar

Arif Hacılıdan narazılar yeni mərkəz yaratdılar

 

 

Müsavat Partiyasının üzvü professor Adil Qeybulla və başqanlığa keçmiş namizəd Səxavət Əlisoy "Siyasi Dialoq və İslahatlar Mərkəzi"i (SDİM) adlı yeni qurum yaradıblar.

   "Xeberinfo.com": Bu barədə Aktual.az-a Səxavət Əlisoy məlumat verib. Səxavət Əlisoy həmçinin yeni yaradılmış mərkəzlə bağlı bəyanat da yayıb.
Aktual.az-a daxil olan bəyanatda deyilir:
Azərbaycanda siyasi dialoq mədəniyyətinin inkişafı, ölkədə vətəndaş həmrəyliyinin yaradılması, ictimai-siyasi stabilliyin qorunması naminə Azərbaycan Konstitusiyasının, Mülki Məcəllələrinin, Qanunlarının və qanunverici aktlarının çərçivəsində ictimai-siyasi fəaliyyət göstərmək üçün Siyasi Dialoq və İslahatlar Mərkəzi (SDİM) yaratdığımızı bəyan edirik. SDİM ictimai-siyasi yönümlü qeyri-hökumət təşkilatıdır. 
Siyasi dialoq cəmiyyətdə vətəndaş razılığına, sosial gərginliyin aradan qaldırılmasına, taktiki hədəf olaraq ölkənin yaxın dövr üçün təhlükəsizliyinin təminatına, strateji planda isə demokrtaik dəyərlərin və təsisatların bərqərar olmasına yönəlik siyasi prosesdir. Bu gün qloballaşan dünyada gedən proseslərin təhlili göstərir ki, fundamental prinsiplərin bazasında və beynəlxalq hüquqa söykənən standart parametrlər çərçivəsində dinamik reformasiya, ölkələrin qarşılıqlı faydalı inteqrasiya prosesləri, insan rifahının yüksəlməsinə yönəlik iqtisadi siyasət qəbul edilmiş alternativsiz yoldur. 
Təşkilatın məqsədi siyasi partiyalar, siyasi bloklar, qeyri-hökumət təşkilatları arasında dialoqun konseptual əsaslarının hazırlanmasında, dialoqun təşkilində fəal iştirak etmək, siyasi dialoq nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinə yardımçı olmaq və bu prosesə ictimai nəzarəti təşkil etmək, eyni zamanda siyasi-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində islahatlarla bağlı təkliflər hazırlamaq, ictimai rəyi öyrənmək üçün sorğular keçirməkdən ibarətdir. Torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğunu, məlum xarici qüvvələrin dövlətçiliyimiz üçün təhlükə mənbəyi olaraq qaldığını əsas götürərək, ölkədə vətəndaş həmrəyliyinin güclənməsi naminə iqtidar-müxalifət dialoquna nail olmaq üçün fəaliyyət göstərəcəyimizi xüsusi olaraq bəyan edirik. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam