Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Elmar Məmmədyarov:"Metsamor" AES ciddi təhlükə mənbəyidir"

 

 

Azərbaycanın xarici işlər naziri vəzifəsini icra edən Elmar Məmmədyarov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Yukiya Amanonu qəbul edib

 

Yenixeber.org: XİN-dən verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) arasında mövcud effektiv əməkdaşlıqdan məmnunluğunu ifadə edərək AEBA-nın fəaliyyət və yardımının Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilmiş 22 layihə və icra edilməkdə olan 9 layihənin Azərbaycanın inkişafı və müvafiq qurumların imkanlarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Azərbaycanın milli tədqiqat reaktorunun yaradılması və istifadə edilməsində və kadrların hazırlanmasında AEBA-nın dəstəyi yüksək qiymətləndirilib. Tərəflər sülh məqsədləri üçün nüvə texnologiyasının tətbiqinə toxunaraq, səhiyyə, kənd təsərrüfatı, neft sənayesi kimi sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov nüvə reaktorlarının təhlükəsizliyi məsələsinə toxunularaq Ermənistanda yerləşən, bölgəmiz üçün ciddi təhlükə mənbəyi olaraq köhnəlmiş Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən “Metsamor” AES-in istismarından irəli gələn təhlükələri diqqətə çatdırıb. O həmçinin "Metsamor" AES-in nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan ciddi təhlükə mənbəyi olduğunu vurğulayaraq nüvə təhlükəsizliyi konsepsiyası çərçivəsində AEBA tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyini qeyd edib.

Görüşdə beynəlxalq nüvə təhlükəsizliyi, dinc məqsədlərlə nüvə texnologiyasından istifadə edilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam