Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik"- Sergey Lebedev

"Səsvermənin nəticəsini şübhə altına alacaq fakta rast gəlmədik" - Sergey Lebedev
MDB-nin müşahidə missiyası Azərbaycanda martın 20-dən işləməyə başlayıb. Ümumilikdə 221 nəfər müşahidəçi Bakı və regionlarda işləyib.
Yenixeber.org: Bunu MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev seçkilərlə bağlı keçirdi mətbuat konfrasında deyib. O bildirib ki, ölkənin Seçki Məcəlləsi beynəlxalq normalara cavab verir və vətəndaşların iradəsini ifadə edir. 

Lebedevin sözlərinə görə, müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb: "Bizim missiyanın əsas məqsədi dövlətin daxili işlərinə qarışmaq deyil, bu ölkənin qanunlarına hörmət etməkdir. Qənatimizcə, Azərbaycanda seçkilər yaxşı və keyfiyyətli təşkil edilib. MSK seçkidən əvvəl treninqlər, seminarlar keçirib. Çox yaxşı materiallar hazırlanmışdı. Seçkilər ajiotaj olmadan sakit şəkildə, bayram əhvalında keçdi. Bəzi məntəqələrdə növbələr də müşahidə etdik".

Lebedev məntəqələrdə şəffaflığı təmin etmək üçün kameraların quraşdırıldığını vurğulayıb. Onun sözlərinə görə, seçkiləri kifayət qədər müşahidəçi izləyib: "Bütün namizədlərə öz proqramlarını təqdim etmək üçün imkan yaradılıb". 

Lebedev vurğulayıb ki, 1870 seçki məntəqəsində olublar: "Bəzi çatışmazlıqlar da oldu, amma bunlar texniki xarakterli idi. Amma biz səsvermənin nəticəsini, onun legitimliyini şübhə altına alacaq fakta rast gəlmədik. Seçkilər açıq və şəffaf keçirildi".(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam