Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gələcək hədəflərin özülündə duran uğurlu siyasət

Gələcək hədəflərin özülündə duran uğurlu siyasət

 

Ölkənin valyuta ehtiyatlarının artması iqtisadi qərarlarla düz mütənasibdir

 Yenixeber.org: Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb. AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il  mart ayının 1-nə 5 mlrd. 387,3 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 18 mln. dollar və ya 23,3% çoxdur. Fevral ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 6,1 mln. dollar və ya 0,11% artıb. Mərkəzi Bankla yanaşı, Dövlət Neft Fondunun da valyuta ehtiyatları artır. 

DNF-nun artmasında iki amil başlıca rol oynayır. Bunlardan birincisi keyfiyyətli Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasıdır ki, bunun da əsası Bakı-Tiflis-Ceyhan neft kəməri ilə çoxdan qoyulub. Üstəlik, qardaş Türkiyədə ARDNŞ-nin tikdiyi neft emalı zavodunun da bu istiqamətdə rolu böyükdür. İkinci bir məqam da neftin dünya birjalarında qiymətinin əvvəlki bir neçə ilə nisbətdə bahalaşmasıdır. Ötən əsrin 90-cı illərində formalaşmış neftin hasilatı və satışı üzrə düzgün strategiya bu gün ölkəyə sabit valyuta axınını təmin edir. 
Mərkəzi Bankın valyuta ehtiyatlarının sabit artımı isə postneft dövrünün təzadlarını aradan qaldırmağa yönəlmiş iqtisadi siyasətin düzgün müəyyənləşdirilməsi və həyata keçirilməsinin nəticəsi kimi özünü göstərir.  Ötən il 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə Mərkəzi Bankın yaydığı bəyanatda bildirilirdi ki,  tədiyyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb.  “Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti  və valyuta girovu ilə verilmiş  kreditlərin qaytarılması olub”, - deyə bəyanatda vurğulanıb. 
“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilirdi ki, 2017-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2,06 dəfə artacaq. S&P-nin mütəxəssisləri AMB-nin valyuta ehtiyatlarının 6,287 mlrd. dollara, 2020-ci ilin sonuna 7,223 mlrd. dollar, 2021-ci sonuna isə 8,192 mlrd. dollara çatacağını proqnozlaşdırır.
Bəzi ekspertlərin fikrincə, “Standard & Poor`s”un nikbin proqnozlarının səbəbi həm neftin qiymətləri, həm də Azərbaycanın qaz bazarına çıxması məsələsinə bağlıdır. 2018-ci ildə Azərbaycan Türkiyəyə, 2020-ci ildə isə Avropaya qaz satmağa başlayacaq. Bu gün də Türkiyəyə qaz satılır, amma onun həcmi artacaq. 2018-ci ilin sonunadək Türkiyəyə əlavə olaraq 6 milyard kubmetr qaz satmaq planlaşdırılır. 2020-ci ildən sonra Avropaya 10 milyard kubmetr qaz satılması planlaşdırılıb.
Bu kimi amillər həqiqəti əks etdirir və sübut edir ki, hökumətin yürütdüyü iqtisadi siyasət zamanın ruhuna uyğundur və buna görə də uğurlar bir-birini əvəz edir. Lakin məsələnin daha sanballı tərəfi var. Bu ölkədə qeyri-neft sektorunun sürətlə dirçəldilməsi istiqamətinin ölkədə aparılan iqtisadi siyasətdə prioritetlik təşkil etməsidir. Belə ki, son illər, xüsusilə beynəlxalq iqtisadi böhran nəticəsində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra Azərbaycanın qeyri-neft sektoruna daxil olan ənənəvi iqtisadi sahələrinin inkişafında sürətli dəyişikliklər baş verib.  
Hökumətin iqtisadi yeniliklər portfelinin əsasında sənayenin bazar münasibətlərinə uyğun olaraq yeni strukturda qurulması baş verib. İri şəhərlərdə yaradılan sənaye və texnoloji parklar, regionlardakı aqroparklar və sənaye məhəllələri iqtisadi siyasətin yeni təmayülünü doğruldub. Vaxtilə məşhur olan sənaye və kənd təsərrüfatının sıradan çıxmış sahələrinin məhsulları birdən-birə on dəfələrlə artıb. Pambıqçılıq, baramaçılıq, meyvəçilik, tütünçülük, fındıqçılıq, çayçılıq, sitrus bitkiləri istehsalında hökumətin irəli sürdüyü planlar, həyata keçirdiyi layihələr ildən-ilə daha çox məhsul istehsalını stimullaşdırır. Həm də bu məhsulların əksəriyyəti strateji status daşıyır, ona görə ki, ixrac yönümlüdür və ölkəyə valyuta daxil olmasına səbəb olur. Bu da ölkəyə valyuta daxilolmalarının ümumi həcminin artmasına sanballı töhfə deməkdir. 
Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında hökumətin apardığı iqtisadi siyasət əhəmiyyətli rol oynayır və onun gələcək hədəflərinin uğuru üçün sanballı zəmin yaradır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam