Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNDƏN SONRAKI DÖVRÜN DÖRD SSENARİSİ:Rusiya yeni "varis planı"na əl atacaq, yoxsa ömürlük prezidentə hazırlaşacaq?

Sergey Aleksaşenko

“Project Syndicate”

 

Martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərinin nəticəsi əvvəldən bəllidir: Vladimir Putin sonrakı yerdə olan namizədlərdən 5-6 dəfə çox səs yığaraq qalib gələcək.

Yenixeber.org: Rusiyada bu gün seçkilər sovet dövründəkindən daha ədalətli, azad və ya rəqabətli deyil. Yeganə fərq – seçicilərin yalnız bir namizədə səs verməməsidir, çünki hazırda bir neçə namizəd var ki, bu da seçkiyə daha etimadlı görünüş yaradır.

Gələcək seçki ilə bağlı başqa bir müəyyənlik budur ki, Putin dördqat prezident olacaq. Xatırladaq ki, Xodorkovskinin həbsindən sonra, 2003-cü ilin oktyabrın sonlarında onun ilkin siması yaranıb, daha sonra isə, 2004-cü ildə Putinin başqa bir, yeni modeli seçilib.

2008-ci il seçkilərindən sonra Putin, Rusiyanın yeni seçilmiş prezidenti Dmitri Medvedevin idarə olunması yollarını tapmalı idi.

Nəhayət, 2012-ci ildə, – daha sonra Ukraynanı işğal edən, – Moskvada, Poklonnaya Qora meydanında tərəfdarlarının mitinqinə gələn, kütləvi etirazları yatıran və prezidentliyə geri dönən döyüşçü Putin üzə çıxıb.

Onun çevrilmə bacarığına baxmayaraq, Putin gələcək qələbəsindən sonra hər hansı əsaslı siyasət dəyişikliyini təqdim etməyəcək. Sabiq maliyyə naziri Aleksey Kudrinin təklif etdiyi cəsarətli, hərtərəfli islahatlar gündəmdə deyil. Putin yeni fəndləri öyrənməyəcək tipdir.

Növbəti dövrdə Putinin nə edə biləcəyini proqnozlaşdırmaq üçün onun 18 illik hakimiyyəti dövründə Rusiyanı müəyyənləşdirən beş tendensiyanı nəzərdən keçirin.

Birincisi, Rusiyanı qonşuları təhdid edən şər dövləti halına gətirmə, Qərblə siyasi və hərbi qarşıdurmanın artmasıdır.

İkincisi, hakimiyyətin, Rusiyanın nəhəng qərarvericiləri kimi, bürokratiyanı, parlamenti və məhkəmə hakimiyyətini əvəz edən kiçik bir elitanın əlində cəmləşməsidir.

Üçüncü tendensiya – siyasi həyatda xüsusilə gizli polis qismində gücün tətbiqinə güvənmədir.

KQB-nin varisi olan Federal Təhlükəsizlik Xidməti (FSB) indi federal nazirlər, regional qubernatorlar, müxalifət liderləri, teatr direktorları, ekoloji fəallar, habelə “Twitter” və ya “Facebook”da rəylərini bölüşən sıravi vətəndaşları həbsə ata bilər.

Dördüncü və bununla əlaqəli başqa bir tendensiya – səsvermə hüququ, söz və toplaşmaq haqları daxil olmaqla, konstitusional təminatlı azadlıqların məhdudlaşdırılmasıdır.

Son tendensiya – mülkiyyət hüquqlarının tədricən erroziyasıdır və bu, Rusiyada iş adamlarını ölkəyə sərmayə qoymağı tövsiyə etmir.

Bütün bu mənfi tendensiyalar davam edəcək, hətta azalma tempi mübahisəlidir.

Putinin yenidən seçilməsi, demək olar ki, altı illik iqtisadi durğunluq və beynəlxalq izolyasiyanın davamı deməkdir.

O, islahat ehtiyacından danışır, ancaq təxminən bir nəsil hakimiyyət qaldıqdan sonra vədləri artıq etibar doğurmur. Putinin niyyətlərini və gələcək siyasətini izah etmək üçün hərəkətlərinə – “o nə deyir və nə edir”ə fikir vermək lazımdır.

Zənnimcə, dörd məqbul ssenari var.

Birincisi, Putin ömürlük prezidentlik məqsədi ilə prezidentlik müddətini iki dəfəylə məhdudlaşdıran Konstitusiya müddəasını referendum keçirməklə ləğv edir. O, Rusiya və Belarusun İttifaqı dövlətinin prezidenti seçilərsə, Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko ittifaqın baş nazir vəzifəsini icra edəcək. Birlik Dövləti 1997-ci ildən “ölüb”, ancaq Putinin məqsədlərinə xidmət etmək üçün o canlandırılacaq.

İkinci ssenaridə Putin “Rus Den Syaopini”nə çevriləcək. O, Rusiyanın mövcud siyasi modelinin davamlı olmadığını və yeni bir sistem üçün çərçivə yaratmaq naminə ölkənin hər yerindən nümayəndələri "dəyirmi masa" ətrafında toplamaq fikrini qəbul edir. Nümayəndələr Putin dövrünün son iki ilini əhatə edən keçid dövrü üçün qaydalar müəyyən edir, sonra Rusiya yeni bir siyasi dövrə girir.

Ya da, Boris Yeltsin kimi, Putin tükəndiyini bildirəcək və varisini irəli sürəcək.

Üçüncü ssenaridə, varis, Medvedev kimi, liberal ola bilər, dördüncü ssenaridə müdafiə sənayesinə nəzarət edən baş nazir müavini Dimitri Roqozin kimi mühafizəkar.

Bu son iki ssenaridə, varisin liberal və ya mühafizəkar olub-olmaması həqiqətən əhəmiyyətli deyil. Əhəmiyyətli olan yeni liderin iqtidarı əlində saxlaya bilməsidir. Nə Medvedev, nə də Roqozin mövcud sistemi olduğu kimi saxlaya bilməyəcəklər. Ancaq onların hər hansı islahatlar cəhdi köklü mənafelərə təhlükə törətməklə, mövcud hakimiyyət balansını qeyri-sabitləşdirəcək.

Üstəlik, Medvedev və ya Roqozinin FSB ilə əlaqələrinin necə olacağı aydın deyil. Ölkənin post-Putin dövründə də gizli polis siyasi həyata müdaxilə edə biləcəkmi?

Bu dörd ssenarinin ən çox hansı ehtimalın gerçəyə yaxın olduğu barədə danışmayacağam.

Hər halda, onların hamısı eyni sual doğurur: 2024-cü ildə Rusiya lideri yenə Putin olacaq, ya başqası?

Necə olursa-olsun, əmin ola bilərik ki, hər keçən gün Putin öz mövcud ekzistensial problemi ilə getdikcə daha çox məşğul olur: bəs sonra?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam