Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünyanın ən dəhşətli silahı hazırlanır- Duzlu bomba - VİDEO - FOTO

Dünyanın ən dəhşətli silahı hazırlanır

 

 

Çin Xalq Respublikası alimlərin və ekspertlərin "dünyanın ən dəhşətli silahı" adlandırdıqları nüvə bombasını hazırlamaqdadır

 

Yenixeber.org: "Duzlu bomba" adlanan bu nüvə silahı bəşəriyyətin indiyədək ərsəyə gətirdiyi silahlar arasında ən böyük dağıdıcı gücə malikdir.

Milli.Az South China Morning Post-a istinadən bildirir ki, "duzlu bomba" xüsusi radioaktiv izotopların parçalanması nəticəsində partlayış yaradan nüvə bombasıdır.

Belə bombanın hazırlanmasına tantalın radioaktiv izotoplarının şüalanmasının yüksək temperaturlaradək qızdırılaraq bölünməsi prinsipinə əsaslanır. Ağır metal olan tantal "duzlu" nüvə bombasında istifadə oluna biləcək bölünmə və parçalanma reaksiyasını təmin edə biləcək azsaylı izotoplara malikdir.

Rəsmi Pekin bəyan edib ki, tantalla bağlı sınaqlar "Çinin milli müdafiəsinin kritik strateji təminatına nail omaq məqsədi güdür".

Pekindəki Çin Elmlər Akademiyasının alimlərinin dediklərinə görə, tantalın radioaktiv izotopunun şüalanmasının qızdırılması ilə bağlı sınaqlar uğurla başa çatıb.

Tədqiqat işləri Lançjou şəhərindəki Nüvə Mərkəzində və Müasir Fizika İnstitutunda aparılıb.

"Duzlu bomba"nın hədəfə çatdırılması üçün "Dongfeng-41" qitələrarası ballistik raketindən istifadə olunması nəzərdə tutulub. Bu raketin minimal uçuş məsafəsi 12000 kilometrdir.

"Duzlu bomba"nın partlayışı çox güclü olmaqla yanaşı o, ölümcül radioatik yağıntıların çox böyük sahəsini yaranır. Həmin ərazilərdə onilliklərlə həyat mümükün deyil.

Bu arada bəlli olub ki, Çin "Çançjen CZ-5" superağır daşıyıcı raketi ilə bağlı işləri sürətləndirib.

Rəsmi Pekin bu minvalla amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinin hazırladığı və uğurla sınadığı "Falcon Heavy" raketini üstələmək niyyətindədir.

Pekindəki Raketqayırma Texnologiyaları Elmi-Tədqiqat İnstitutunun raket texnikası laboratoriyasının rəhbəri Lyun Lihaonun dediyinə görə, CZ-5 raketi 2030-cu ilədək hazır olacaq.

140 ton yükü kosmosa çıxara biləəck bu raket vasitəsilə Çin Aya astronavt yollamaq, habelə Mars missiyasının gerçəkləşdirilməsinə başlamaq fikrindədir.

Dünyanın ən dəhşətli silahı hazırlanır - Duzlu bomba

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam