Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

KREMLDƏN FƏRQLƏNMƏYƏN MÜXALİFƏTİN PREZİDENTLİYƏ NAMİZƏDİ –ABŞ mediası Sobçakın okeanın o tayına səfəri barədə nə yazdı?

Emili Tamkin

“Foreign Policy”

 

Günortadan sonra, günün ikindi çağı Kseniya Sobçakdan müsahibə almaq üçün Vaşinqtondakı Milli Mətbuat Bürosuna gəldikdə, artıq rusiyalı jurnalistlərin bir qrupu növbəyə durmuşdu.

Sobçakın strateqi Vitali Şklyarov qısa müsahibənin aparıldığı otaqdan çıxdı. Qapı ağzında toplaşmış jurnalistlərin hamısı saqqız çeynəyərək kimin növbəsi olduğunun marağında idi. Yalnız bircə nəfər – Sobçakı uşaq vaxtlarından tanıdığını deyən adam qətiyyən narahat deyildi və sakitcə otağa daxil oldu.

Yenixeber.org: Şklyarov soruşdu ki, Rusiya prezidentliyinə namizədi olan Sobçakla müsahibə üçün mənə nə qədər vaxt lazımdır. 40 dəqiqə xahiş etdim. Şklyarov: “O, çox yorulub”, – dedi. Sonra əlavə etdi ki, bəlkə müsahibəni avtomobildə götürüm?

“Əlbəttə”, – dedim və yerimə oturdum. Otağa girmiş “uşaqlıq dostu” onun nümunəsinə əməl etməyi məsləhət gördü. Mən təsdiq mənasında başımı yırğaladım, amma səbirlə növbəmi gözlədim.

Qısa müddət sonra Sobçak və onun komandasının arxasınca Milli Mətbuat Bürosundan çıxdım. Sobçakın – mükəmməl daranmış sarışın saçlı və tünd qırmızı kostyumlu xanımın qarşısını ünlülərdən yazan “TMZ” xəbər saytının operatoru kəsdi.

"Sizi Rusiyanın Paris Hiltonu adlandırırlar, – operator dedi. – Amma Parisdən böyük fərqimiz var. Vladimir Putin əleyhinə prezidentliyə namizədliyinizi irəli sürmüşsünüz. Sizi buna ilhamlandıran nədir?"

Sobçak bir an belə özünü itirmədən, ingilis dilində sərbəst cavab verdi: "İlk növbədə, mən 10 ildən artıqdır ki, Rusiyada siyasi jurnalist kimi fəaliyyət göstərirəm".

Bir zamanlar Rusiya “Playboy”unun qapağında görünən və məşhur realiti-şouya ev sahibliyi edən 36 yaşlı Sobçak kiməsə bənzədilməsindən xoşlanmır.

"Paris Hiltonla oxşarlığımızı kimin icad etdiyini bilmirəm, amma həqiqətdə, bunun mənimlə heç bir əlaqəsi yoxdur", – o dedi.

Sobçak “TMZ” operatoruna ağıl vermirdi. Amma bu saytın əməkdaşları ünlülərə və siyasətçilərə “rəngarəng” cavablar üçün tərs suallar verməklə tanınır.

"Yəni mən Rusiyada 10 ildən çoxdur siyasi fiquram… Rusiyadakı insanlar məni belə tanıyırlar, – sözünə davam etdi. – Onlar məni 20 il öncəki əyləncə ulduzu kimi tanımırlar" (2004-cü ildə “Dom-2” realiti-şousunda iştirak etməyə başlamış Sobçak 2012-ci ildə bu proqramı tərk edib.).

TMZ operatoru dedi: "Öz prezidentimiz də realiti-şou dünyasındandır. Bunu siz də etdiniz".

"Amma indi realiti-şou dünyasından gəlməmişəm, – deyə Sobçak cavab verdi. – Mən 10 ildən çoxdur siyasi həyatdayam".

Sobçak keçmiş realiti-şou ulduzundan daha böyük fiqurdur. O, həmçinin Sankt-Peterburqun sabiq meri və Vladimir Putinin müəllimi Anatoli Sobçakın qızıdır. Amma 2011-ci ildən Kseniya Sobçak ictimai xadim, siyasi jurnalist kimi özü üçün yeni cığır açmağa başlayıb. Bu, “Putinin qızı” Sobçakın Rusiya prezidentinə qarşı dirənişi idi.

O, seçki saxtakarlığına etiraz etmək üçün müxalifətə qatılıb. Sobçakın proqramları TV efirindən internetə köçüb və 2012-ci ildə, “Financial Times”a görə, "təəccüblü dərəcədə diqqət cəlb etməyə başlayıb”.

Ancaq bunların heç biri, çoxlarının fikrincə, aqibətin məlum olduğu halda, Sobçakın niyə seçkiyə getdiyini, Rusiya prezidentliyinə iddiasını izah etmir. Yaxud kampaniyanın qızğın vaxtında fürsəti qənimət bilməyib, nə üçün ABŞ-a getdiyini…

Bu suallara cavab almaq istədim.

Kampaniyasının kirayəyə götürdüyü lüks sedana əyləşdim. Ona müsahibəmizin “TMZ”-yə verdiyindən daha yaxşı olacağına ümid etdiyini söylədim. Sobçak və Şklyarov “TMZ”-nin nə olduğunu soruşdular. İzah edim ki, bu, paparazzi saytıdır.

Şklyarov Sobçaka bir neçə sərbəst dəqiqə verə biləcəyimi soruşdu. “O yorulub”.

"Xeyr, biz artıq başlaya bilərik", – Sobçak dedi.

 

***

 

Bazar ertəsi günü Vaşinqtona gələn Sobçakın gərgin cədvəli vardı. Çərşənbə axşamı, səhər saatlarında Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində və sonra Milli Mərkəzində görüş keçirmişdi.

Sobçak gələn ay prezident seçkilərində iştirak edən iki liberal müxalifətçidən biridir. Digəri, “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski 1990-cı illərdən etibarən siyasi cəhətdən aktivdir. O və Sobçakın seçkidə 3-4 faizdən çox səs toplayacağı gözlənilir. ABŞ-ın Libertarian Partiyasından olan Qari Conson və Yaşıllar Partiyasının namizədi Cill Staynın 2016-cı il ABŞ prezident seçkilərində topladığı səslər qədər.

Sobçakdan soruşdum ki, gələn ay Rusiyada seçkilər keçiriləcək, o isə Vaşinqtonda gəzib-dolaşır. Niyə?

"Bu, beynəlxalq münasibətlərlə bağlıdır, – deyə cavab verdi. – Amerika düşmənimiz deyil, ancaq bizi birləşdirən bəzi məsələlərlə bağlı danışmalı, müzakirə aparmalıyıq".

Onun Vaşinqtona gəlişi, Kremlin ABŞ-dakı prezidenti seçkisinə müdaxiləsi, prezident Donald Trampın kampaniyasını dəstəkləməsi ilə əlaqədar araşdırma ilə heç uyuşmur. Sobçak, məsələn, ABŞ hökumətinin rəsmiləri ilə görüşmək fikrində olduğunu söylədi, amma kimlərlə dəqiq olaraq demədi. "Administrasiyanın bəzi üzvləri ilə. Bəzi rəsmilərlə…”.

Dedim ki: "ABŞ-Rusiya əlaqələrinin qəribə vaxtında Birləşmiş Ştatlara gəlmişsiniz. Bizim paranoik və isterik olduğumuzu düşünürsünüzmü?"

“Hər iki ölkə Soyuq müharibə dövrünə daha dərin nüfuz edir", – dedi.

Sobçak ABŞ administrasiyasının tərtib etdiyi son "oliqarx siyahısı"ni xüsusilə tənqid etdi. Qismən “Forbes” jurnalından çırpışdırılmış siyahını.

"”Kremlin siyahısı”, məncə, “sarı mətbuat”dan götürülüb. Niyə bunu etdilər? Nə üçün? – deyə o soruşdu. – Bu adamların bir çoxu Putinlə heç bir əlaqəsi olmayan iş adamlarıdır… Dostum Aleksey Navalnı ilə bu seçkilərə necə başlayacağımız barədə çox danışmışdıq. Ən başda onun seçkiləri boykot etmək fikrinə qatılmamışdım. Navalnı əməkdaşlıq etməyi rədd etdi, dedi ki, səsimi başqa birinə verə bilmərəm. Bu eqoistikdir".

Sobçak artıq prezident seçkilərində məğlub olacağını bilir. Deyir ki, Dövlət Dumasında təmsil olunmaq üçün mübarizə aparacaq. Mən bu kampaniyasını boşa verəcəyini bəri başdan bildiyini düşünürdüm. "Əlbəttə. Bu labüddür… Bu kasino kimidir, – dedi. – Kazinoda qalib gələ bilərsiniz. Amma Putinə yox. Ancaq bu, düşündüyünüzü yüksək səslə söyləmək üçün böyük bir şansdır… Federal kanallara çıxmağın yeganə yolu – prezidentlik kampaniyasına iştirak etməkdir".

Tezliklə Şimali Virciniyaya gəlib çatdıq. Sobçak daha bir müsahibə verdi. Mən sürücüsüylə birlikdə onu avtomobildə gözlədim. Sobçak təxminən yarım saat sonra avtomobilə geri dönərək dedi: "Yaxşı, indi sənin ixtiyarındayam. Özümü qorxu filmlərindəki kimi hiss edirəm, – deyə zarafat etdi. – Hara daş atıramsa, jurnalistə dəyir".

 

***

 

İyirmi dəqiqə sonra biz Corctaundakı “Dörd mövsüm”ə gəlib-çıxdıq. O, mənə təşəkkür etdi, sağollaşıb lobbiyə girdi. Şklyarov məni içmək üçün bara dəvət etdi.

Sobçak Rusiya prezidentinə can atan ilk qadın deyil (İrina Xakamadanı da 2004-cü ildə də “Kremlin layihəsi” adlandırırdılar), lakin Şklyarov dedi ki, Sobçak ilk müstəqil qadın və ən gənc prezidentliyə namizəddir.

41 yaşlı Şklyarov Belarusda anadan olan, fəlsəfə doktoru elmi dərəcəsinə malik adam 1990-cı illərin sonlarından Almaniyada yaşayır və (Sobçakın seçki kampaniyası Rusiyada keçirilsə də), Barak Obama və Berni Sandersin kampaniyalarında iştirak edib.

Sobçakın təşviqat kampaniyasına necə sonlanacağını soruşdum.

Şklyarov ötən payız Moskvanın bələdiyyə seçkilərində təxminən min müstəqil, başlıcası təcrübəsiz namizədlə işləyib. Onlardan 267 nəfəri seçkilərdə qalib gəlib.

Sobçak onunla əlaqə qurub və komandasına qoşulmasını xahiş edib. Şklyarov ona Putin Rusiyasında müxalif kampaniya aparmanın təhlükə yaratdığını deyib. Amma qadının cəsarəti varmış.

Kseniya Sobçakın Kremlin namizədi olduğundan şübhələnib-şübhələnmədiyini soruşdum. "Çox məyusuq", – dedi. O, həmçinin müxalifətin ona dəstək verəcəyinə ümidsiz olduğunu bildirdi. Şklyarov iddia etdi ki, müxalifət Kremldən elə də güclü fərqlənmir – bu, yeni bir kimsəni eşitmək istəməyən, qapalı siyasi dairədir.

…Biz vidalaşdıq. Şklyarov dərc olunduqdan sonra məqalənin linkini ona göndərməyi xahiş etdi. Onun sözlərinə görə, Amerika mətbuatı Rusiya üçün faydalıdır. Bu, güclü insanlara Sobçakın həqiqətən də prezidentliyə iddialı olduğunu xatırladır…Tərcümə: Strateq

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam