Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-la Rusiya arasında vasitəçilik, 22 milyardın müəmmalı taleyi…- Nazarbayev ABŞ-a gedir: iki böyük "oyunçunun" sözçüsü Trampdan nə istəyəcək?

Yenixeber.org: ABŞ prezidenti Donald Tramp bu gün Vaşinqtonda Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qəbul edəcək. Nazarbayev Trampın 2018-ci ildə görüşəcəyi ilk əcnəbi liderdir. Eynilə Qazaxıstan prezidenti üçün də bu, yeni ilin ilk xarici səfəridir.

 

Tramp və Nazarbayev nələri müzakirə edəcək?

 

 

"Bu,  Qazaxıstan prezidentinin Vaşinqtona işgüzar səfəridir. Ağ Evin yaydığı rəsmi məlumatdan belə məlum olur ki, iki lider arasında əsas müzakirə Əfqanıstandakı vəziyyətlə bağlı olacaq. Trampın müşavirləri islamçı strukturlarla mübarizə məsələsini diqqət mərkəzində saxlayırlar. Donald Tramp da görüşdə ABŞ-la Qazaxıstan arasında bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinə toxunacaq", – deyə almaniyalı ekspert Michael Laubsch səfərin məqsədini şərh edərkən bildirib. 

Qazıxıstanın keçmiş baş naziri, hazırda Qərbdə yaşayan müxalifyönlü siyasətçi Akecan Kacegeldin hesab edir ki, ölkəsi regional aspektdə həqiqətən də böyük rola malikdir. Və hazırkı məqamda ölkə iki əsas oyunçu ilə yaxın münasibətlərdədir. Bunlardan biri Qazaxıstana bütün dövlətlərdən və bloklardan daha geniş təsir imkanları olan Rusiyadır. Digəri də Qazaxıstana böyük marağı olan, bu ölkəyə çoxmilyardlıq səhmlər verən Çindir.  

 

Astana Vaşinqtonla Moskva arasında vasitəçi rolunda?

 

 

Səfərlə bağlı Qazaxıstan tərəfinin planlarına gəlincə, Akecan Kacegeldin bildirir ki,  ola bilsin Nazarbayev ABŞ və Rusiya liderləri arasında vasitəçi rolunu üstlənmək istəyir. Və Moskva-Vaşinqton münasibətlərinin yaxşılaşmasına çalışır:"Bəlkə də bu plana ABŞ-la Türkiyə arasında münasibətlərin yaxşılaşdırmaq da daxildir. Çünki təxminən iki il əvvəl Qazaxıstan Rusiya ilə Türkiyə arasında da münasibətlərin düzəlməsinə səy göstərmişdi. Nursultan Nazarbayev öz vərdişlərini dəyişmir. Və mən əminəm ki, görüş zamanı o, bu təşəbbüslərlə çıxış edəcək. Lakin o da var ki, Rusiya ilə ABŞ arasında münasibətlər bir qədər fərqlidir. Bu məsələdə istənilən üçüncü tərəfin iştirakı nəinki artıqdır, ümumiyyətlə ona yer yoxdur".

Keçmiş baş nazir deyir ki, Türkiyə NATO-nun güclü üzvü kimi ABŞ-a çox lazımdır. Və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunun fərqindədir: "Suriyada münaqişənin tənzimlənməsi müzakirəyə çıxarılsa, nəzərə alınmalıdır ki, bu məsələ ilə bağlı təxminən iki həftə əvvəl ABŞ müdafiə nazirinin açıqlaması olmuşdu. Müdafiə naziri bildirmişdi ki, Astana danışıqları işlək deyil və hazırda müzakirələr üçün əsas meydan Cenevrədir. Zənnimcə, Nazarbayev populyar mövzu olan nüvə silahlarının yayılmamasını növbəti dəfə gündəmə gətirəcək. Amma təəssüf ki, bu məsələdə də qlobal trend başqa istiqamətə gedir. Düşünmürəm ki, hazırkı administrasiyanın Kremllə mümkün əlaqlərinin araşdırıldığı bir vaxtda Tramp Qazaxıstandan gələn qonaqdan Vladimir Putinə siqnal göndərmək məqsədilə istifadə edəcək".   

 

Qazaxıstan Milli Fondundakı hesablar – impiçmentə aparan yol?

 

 

Tramp-Nazarbayev görüşündə müzakirəsi ehtimal edilən mövzulardan biri də Birləşmiş Ştatlarda Qazaxıstan Milli Fondunun Bank of New York Mellon-dakı hesablarına həbs qoyulmasıdır. Qazaxıstan rəhbərliyi üçün böyük başağrısına çevrilən bu məsələdə söhbət, 22 milyard dolların taleyindən gedir.

Həbs qərarı Moldovadan olan biznesmen Anatoli Statinin iddiası əsasında çıxarıb. Biznesmen məhkəmədə sübut edib ki, Qazaxıstanın neft sektoruna 1 milyard dollarlıq sərmayə qoyub. Lakin qanunsuz qərar əsasında Qazaxıstan bazarından uzaqlaşdırılıb, səhmləri isə dövlət strukturlarının hesabına keçib. 

Akecan Kacegeldin bildirir ki, bu, iddia üzrə çıxarılmış yekun qərardır. Qazaxıstan sadəcə olaraq müəyyən bir yuridiksiyada olan bu və ya digər hesabdakı həbsin aradan qalxması üçün apelyasiya şikayəti verə bilər.  

Keçmiş baş nazir Trampın bu məsələnin müzakirəsinə getməyəcəyini düşünür:"Çünki bu, Trampı impiçmentə apara bilər. ABŞ-da hakimiyyətin bölüşdürülməsi sistemi deklarasiya deyil, reallıqdır. Üstəlik Nazarbayevin bu sahədə acı təcrübəsi də var. Söhbət, "Qazaxgeyt-1" (amerikalı iş adamının Qazaxıstanın yüksək vəzifəli məmurlarına rüşvət verməsi) kimi səs-küylü korrupsiya işindən gedir. Nazarbayev BMT-nin iclaslarının birində bu məsələ ilə bağlı ABŞ-ın o vaxtkı dövlət katibinə yaxınlaşmışdı. O da Nazarbayevdən bu müzakirəni dayandırmasını istəmişdi. Sonradan bu müzakirənin audioyazısı mətbuatın əlinə keçmiş və mediada yayılmışdı".

Almaniyalı ekspert Michael Laubsch ehtimal edir ki, Tramp-Nazarbayev görüşü ərəfəsində ABŞ mediası Qazaxıstan Milli Fondunun hesablarına həbs qoyulması mövzusunu gündəmə gətirib: "Trampın korrupsiya və çirkli pulların yuyulması ilə bağlı məsələni qaldıracağı az ehtimal olunur. Hərçənd 2017-ci ilin iyununda Ağ Evdə Poroşenko ilə oxşar formatlı görüşdə və 2017-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında Ukraynadakı korrupsiyaya toxunmuşdu". 

Kacegeldin bildirir ki, ABŞ-Qazaxıstan dövlət başçılarının görüşünün nə qədər davam edəcəyindən çox şey asılıdır: "Görüş 25-30 dəqiqə çəksə, bu mövzu çətin ki gündəm gələ. Amma gec-tez bu məsələ müzakirəyə çıxarılacaq".Tərcümə: Strateq




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam