Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dodon Qarabağ və Dnestryanı münaqişələrini müqayisə edib

Dodon Qarabağ və Dnestryanı münaqişələrini müqayisə edib

 

Dağlıq Qarabağ və Dnestryanı münaqişələrini müqayisə etdikdə, Moldovanın bəxti daha çox gətirib, çünki Dnestryanı problemini həll etmək daha asandır 

Yenixeber.org:  Moldova prezidenti İqor Dodon 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.

Separatçılığın yayılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin mümkün addımlarına dair sualını cavablandıran İ.Dodon, Dnestryanı probleminin həllinə yalnız Qərb-Moskva münasibətlərinin yaxşılaşmasından sonra nail olacağını hesab etdiyini bildirib.

“Mən ümid edirəm ki, postsovet məkanında həll olunmamış bütün məsələlər dinc yolla həllini tapacaq. Hər kəsin öz həqiqəti var.  Biz hamımız gələcəyə baxmalıyıq, bütün bu vəziyyətlərdən  çıxış yollarını taparaq, birlikdə irəliləməliyik. Bu münaqişə ilə (Dağlıq Qarabağ münaqişəsi – red.) müqayisədə, Moldovanın bəxti daha çox gətirib, çünki bizim problemi (Dnestryanı problemini – red.) həll etmək daha asandır.

Hesab edirəm ki, Qərb-Moskva münasibətləri yaxşılaşdıqdan sonra bu problemi bütün postsovet məkanında məhz Moldovada çox asan həll etmək mümkün olacaq. Həmin həll variantı başqaları üçün mürəkkəb vəziyyətlərdə nümunə ola bilər”, - deyə İ.Dodon qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam