Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İradə Cavadova:“Vəkil makler yox, hüquqşünas olmalıdır” –Hüquqşünaslar toplandı

 

İradə Cavadova:

 

Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərlə bağlı müzakirə keçirilib.

Yenixeber.org: Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevcəmiyyətin və hüquq sektorunun "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanununda aparılan dəyişikliklərə hazır olmadığını bildirib.

Ə. Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması məsələ ilə  bağlı ölkə başçısına müraciət hazırlayıb:

“Bu qanunla bağlı bir sıra məsələlərdə tələskənliyə yol verilib. Vəkillərin sayını region və Avropa ölkələri ilə müqayisə etsək, ən aşağı göstərici Azərbaycandadır. Azərbaycanda pulsuz hüquqi yardım haqqında qanun da qəbul edilməyib. Bir neçə il əvvəl bu qanun hazırlandı, amma Vəkillər Kollegiyasının müqaviməti ilə rastlaşdı, qəbul edilmədi. Ümumiyyətlə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna əlavə və dəyişikliklər ciddi müzakirəyə çıxarılmalıdır. Tutaq ki, qanun qəbul edildi. Bundan sonra keyfiyyətli hüquqi yardım göstərmək mümkün olacaqmı? Nümayəndəlik institutu bütün sivil ölkələrdə var. Vəkillərin sayı 15 min nəfər olsaydı, əlbəttə, dəyişiklikdə problem olmazdı. Nədən hüquqi yardım ancaq Vəkillər Kollegiyasının monopoliyasına verilməlidir? Siyasi və iqtisadi islahatların aparıldığı ölkədə bu qanunun qəbulu problemlər yaradacaq. Ona görə də qanuna yenidən baxılmalıdır”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova Əliməmməd Nuriyevin dedikləri ilə razılaşmayıb.

O, bildirib ki, birdən-birə nümayəndəlik institutunun ləğvi söhbəti getmir və islahatlar Avropa Şurasının təkidi ilə aparılır: “Keçən il 706 nəfər Vəkillər Kollegiyasına sənəd verib. Testdən 215 nəfər keçib. Keçid balı isə cəmi 60 baldır. Savadı olmayan, sadəcə, təcrübəsi olan nümayəndələr monopoliya yaradırdı. Geoloq, bioloq, “santexnik”, tibb bacısı, “Kamaz” şoferi, “slesar” nümayəndəlik edirdi. Həbsxanadan çıxan şəxs dələduzluq faktını o qədər gözəl mənimsəyir ki, zərərçəkənin hüquqlarını müdafiə edir. İki dəfə boşanan şəxs maklerlik edib nümayəndəlik edir”.

İradə Cavadova əlavə edib ki, vəkilin statusu artırılmalıdır: “Vəkil, hüquqşünas hörmətli olmalıdır. Türkiyəni nümunə kimi götürürsünüz, amma orada nümayəndə varmı? Vəkil makler yox, hüquqşünas olmalı, keyfiyyətli hüquqi yardım göstərməlidir”.

Hüquqşünaslar Emin Abbasov, Ramil Süleymanov, Nizami Bağırov, Səbuhi Axundov, Nemət Ağalarov və başqaları məsələ ilə bağlı  fikirlərini bildirib, əlavə və dəyişikliyə etiraz ediblər.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ilə hüquqşünaslar və nümayəndələr arasında mübahisə və fikir ayrılığı yaranıb/

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam