Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMERİKANIN YENİ DÜNYA DÜZƏNİ MƏHV OLDU– Çin və Rusiya niyə demokratikləşmədi?

 

maxresdefault

Soyuq müharibənin qurtarmasından keçən 25 il ərzindəki müddətdə ABŞ siyasətinin ən aparıcı mövzusu liberal dünya nizamının qloballaşdırılması olub. Qloballaşma ilk olaraq İkinci Dünya Müharibəsindən sonra Qərbdə meydana gəlmişdi.

Yenixeber.org: Vaşinqton qloballaşdırmanı yerinə yetirmək üçün özünün potensial opponentləri Rusiya və Çini dərin inteqrasiya yoluyla bu sistemə qatmaq istəyib. ABŞ, həm də istəyib ki, bundan sonra onlar hər hansı əngəl törətmək arzusunda olmasınlar. Başlıca məqsəd dünyanın əsas böyük dövlətlərinin iqtisadi və diplomatik şirnikləndirici stimullarla bu sistemə daxil edilməsindən ibarət olub. Belə olan halda, onsuz da bir dövlət kimi həm Birləşmiş Ştatlar və eyni zamanda da, Amerikan dəyərləri hökmranlıq edəcəkdi.

Bu öz cəsarətinə görə başgicəlləndirici–uyuşdurucu bir ideyadır və Rusiya ilə Çinin siyasi və liberal iqtisadiyyat yoluyla gedəcəyi təsəvvürünə əsaslanıb. Düşünülüb ki, bu dövlətlərin maraqları Amerikanın maraqlarına tərəf söykənəcək.

Ancaq bu gün həmin layihə aydın şəkildə dalana dirənib. Ona görə ki, Amerikanın yeni strategiyası bir-biriylə rəqabət aparan böyük dövlətlərin əsl qlobal dünya nizamında inteqrasiya olunmasını nəzərdə tutmur. Əlbəttə ki, belə bir nəticəni qəbul etmək olmaz. Çünki o soyuq müharibədən sonrakı qeyri-adı nikbinliyə tamamilə ziddidr.

Soyuq müharibədən sonra böyük dövlətlər arasında qarşıdurma sona çatmışdı, demokratiya və azad bazar, meşə yanğınlarının sürətinə bənzər sürətlə hər tərəfə yayılmışdı, geosiyasi əngəllər ortadan qalxmışdı.
Hətta Rusiya və Çin (Onlardan biri Amerikanın çoxdankı geosiyasi rəqibidir, digəri isə gələcəyin böyük dövlətidir) ABŞ-ın rəhbərliyi altındakı dünya ictimaiyyətinə inteqrasiyaya və daha çox səy və maraq göstərirdilər. Dünyanın vahid siyasi və iqtisadi modelə və ABŞ başda olmaqla, vahid qlobal sistemə doğru hərəkətləndiyi zənn olunurdu.

Bu ssenarinin həyata keçirilməsi Amerikan siyasətinin başlıca qayğısı olub. ABŞ Boris Yeltsin dönəmində oradakı demokratikləşmə və bazar reformalarını maddi baxımdan dəstəkləməklə, Rusiya ilə diplomatik əlaqələri dərinləşdirməyə can atıb. Amma ABŞ bununla bərabər Rusiyanın mümkün revanşizmini və eyni zamanda da Avropda qeyri-sabit vəziyyətin yarana biləcəyini nəzərə alıb, keçmiş Varşava Müqaviləsinə daxil olmuş ölkələri NATO sıralarına qəbul etdi.

Anoloji surətdə Vaşinqton, fikirlərini dünya iqtisadiyyatına inteqrasiya olunmağa cəmləmış Pekini regional və beynəlxalq diplomatiyada öz üzərinə daha aktiv rol götürməyə inandırmağa çalışıb. İdeya ondan ibarətdir ki, daha varlı Çin ümumi yekunda daha demokratik Çinə çevriləcək, çünki artan orta sinif hakimiyyətə təziyiqlər göstərərək, ondan siyasi islahatlar tələb edir.

Amerikanın inteqrasiya siyasəti ABŞ-ın başçılığı altında olan mövcud liberal nizamda Pekinə də pay ayırmaq qərarına gəlmişdi. Prezident Bill Klinton administrasiyasının baxışlarına görə, bu yanaşma hər iki ölkənin dünya iqtisadiyyatında və qlobal institutlarda iştirakından irəli gəlirdi. Bununla yanaşı amerikanlar belə düşünürdülər ki, ABŞ və Çin inteqrasiyanın üstünlüyündən yararlanmaqla bərabər, həmçinin öz üzərlərinə müvafiq öhdəliklər də götürəcəklər.

2005-ci ildə ABŞ dövlət katibinin müavini Robet Zellin bu strategiyanı “maraqlı tərəflərin öhdəliyi” kimi xarakterizə etmişdi. Onun fikrinə görə, bu strategiya XX əsrdə yaşanmış ideoloji və geosiyasi gərginliyin həmişəlik bir tərəfə qoyulması arzusunu əks etdirirdi.

Lakin son on ildə baş verənlər onu göstərir ki, bu yanaşma əvvəl Rusiyada, indi isə Çində real olaraq sınaqdan çıxmayan iki ehtimala əsaslanmışdı. Bunlardan biri Çin və Rusiyanın həqiqətən də, Qərb tipli iqtisadi və siyasi liberalizmə doğru gedəcəyinə olan inamdan doğurdu. 1990-cı illərdə iqtisadi böhran və siyasi xaos fonunda Rusiyadakı islahatlar dayandı. Sonrakı 15 il ərzində Vladimir Putinin rəhbərlik modeli daha açıq siyasi avtoritarizmə və aparıcı işgüzar dairələr ilə dövlət arasındakı gizli sövdələşmələrin tədrici bərpasına söykəndi.

9da3cd6e6c1af0b211630d410bd

Gözləntilərin əksinə olaraq, Çindəki iqtisadi böyümə və dünya iqtisadiyyatına inteqrasiya, ”qaçılmaz” siyasi liberalizmə gətirmədi. Bunun əvəzinə Kommunist partiyası başgicəlləndirici iqtisadi böyümə tempindən legitimlik qazanmaq vasitəsi kimi istifadə edərək, yad fikrin yaxın buraxılmamasına çalışıb. Son illərdə Çinin siyasi sistemi faktiki baxımdan daha avtoritar olub. Hökumət səylə hüquq müdafiəçilərinin fəaliyyətini əzməkdədir, hakimiyyətin mərkəzləşdirilməsi isə, əvvəlkindən də güclü gedir.

Ehtimal edilən ikinci məsələ isə ondan ibarət idi ki, öz maraqları naminə bu dövlətləri ABŞ-a sərf edəcək tərəfə çəkmək mümkündür.

Lakin buradakı başlıca problem ondadır ki, Rusiya və Çin, diktator rejimlərinə təhlükə kimi görünən Amerikan liberal nizam qaydalarını və ideyalarını heç zaman tam olaraq qəbul etmək istəməyiblər. Moskvanın keçmiş təsir sferası hesabına NATO-nun genişlənməsindən isə, söz salmağa belə dəyməz. Ona görə də, Pekin və Moskva belə nizam qaydalarının mövcudluğu ilə əlaqədar mübahisə və ya etiraz haqqı qazanan kimi, bunu etməkdən vaz keçdilər.

Son on ildir ki, Rusiya güc və təhdid yoluyla Avropanın quruluşunda dəyişiklik etməyə can atır. Bunun ən bariz nümunəsi 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Ukraynaya müdaxilədir. Putin hökuməti, həmçinin aktiv şəkildə NATO və Avropa Birliyi kimi liberal qaydaların başlıca institutlarını dağıtmağa cəhd göstərir. Bundan başqa Moskva Qərb dövlətlərinin daxili siyasi işlərinə kobud müdaxilələrə girişir.

Çin isə öz növbəsində daxil olduğu dünya iqtisadiyyatının üstünlüklərindən sevinclə istifadə edir. Həm də, Çin çalışır ki, Vyetnamdan başlamış Yaponiyaya kimi, qonşularını qorxudaraq, öz dəniz periferiyasında hökmranlıq etsin. Belə hərəkətləriylə çinlilər Asiya-Sakit okean regionunda ABŞ alyansını zəiflətmək istəyirlər.

Amerikanın rəsmi şəxsləri ümid bəsləyirdilər ki, onların təklifləri və irəli sürdükləri sistem zamanla Moskva və Pekini məmnun edəcək və beləlkilə də, onlar status-kvonu saxlamağa çalışacaqlar. ”Brukinqs İnstitutu”ndan Tomas Rayt bu barədə bildirib: ”Bunun əvəzinə hər iki dövlət özlərini klassık revizionist ruhunda aparır”.

Beləliklə, inteqrasiya dövrü sona yetib. Çünki bu gün istər Rusiya və istərsə də Çin, Amerikanın rəhbərlik etdiyi sistemə cəlb olunmaqda özü üçün perspektiv görmür. Lakin bu o demək deyil ki, indi Amerika bu ölkələrlə müharibə etməyə məhkumdur və ya Amerika hər iki dövləti tam izolyasiyaya salmağa can atmalıdır.

Vəziyyətin necəliyindən asılı olmayaraq, hər halda ABŞ ilə Çin arasındakı ticarət davam edir və bu həm Amerika, həm də dünya iqtisadiyyatı üçün həyati vacib əhəmiyyət daşıyır.Vaşinqton ilə Pekinin və hətta, Vaşintqton və Moskvanın qarşılıqlı əməkdaşlığı nüvə silahının yayılmaması, iqlim dəyişikliyi kimi beynəlxalq diplomatik məsələlərin həlli üçün vacibdir.

Əslində bu o anlama gəlir ki, ABŞ böyük dövlətlərə və beynəlxalq sistemə qarşı sərt, amma daha az şöhrətpərəstlik münasibəti göstərməlidir. Daha az şöhrətpərəstlik dedikdə, ABŞ, liberal qaydaların doğrudan da qlobal xarakter alacağı ideyasından imtina etməlidir.

Çətin, amma vacib addımların atılması tələb olunur: məsələn, bunun üçün Şərqi Avropada, Sakit okeanın qərb hissəsində önləyici tədbirlər görülməsi və ABŞ hakimiyyətinin mövqeyinin möhkəmləndirilməsi üçün, lazımı hərbi investisiya həyata keçirilməlidir. Digər yandan isə, Çinin dirənişinə və öz qonşularına münasibətdə siyasi diversiyaya əl atan Rusiyaya qarşı yönələn imkanları təkmilləşdirmək gərəkdir. Bu Rusiya və Çinin yarada biləcəyi təhlükə qarşısında köhnə və yeni tərəfdaşların sıx birləşməsini tələb edir.

İlk öncə bu o mənaya gələcək ki, iri dövlətlər arasında münasibətlər böyük təhlükələr və gərginliklər dövrünə qədəm qoyur. Böyük məsrəflərə və risklərə hazır olmağın nəticəsi revizionist təzahürlərə qarşı mübarizə və Amerikan maraqlarının saxlanılması olacaq.

Qısaca desək, dünyanın tamamilə inteqrasiyaya bürünməsi məsələsi bu gün əl çatmaz bir hədəfdir. Amerikanın uğurla qurduğu və uzun illər ərzində rəhbərlik etdiyi mövcud beynəlxalq qaydaların müvəffəqiyyətli müdafiəsi, bu gün qarşıya qoyulan tapşırıqlar baxımından kifayətdir.

(“Bloomberg” – ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam