Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İraqda keçirilən referenduma Milli Məclis münasibət bildirməlidir”

“Şimali İraqda keçirilən referenduma Milli Məclis  münasibət bildirməlidir”.

Yenixeber.org: Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: “Bu hadisə təkcə Kürdüstanın müstəqilliyi məsələsi deyil, bu, Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik.

Deputat qeyd edib ki, bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xüsusən də Qarabağ məsələsinə təsirləri ola bilər: “Biz buna qarşı öz mövqeyimizi ifadə eləməliyik. Diqqət edirsinizsə, o referendumun təsiri altında artıq Azərbaycanın bəzi vətəndaşları da separat əhval-ruhiyyəyə kökləndi. Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq". (musavat.)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam