Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Türkiyəli general:“Afrin əməliyyatına Rusiyanı razı sala bilməmişik”

 

“Türkiyə sərhədin o tərəfindəki Afrin bölgəsində hərbi əməliyyatlar keçirmək üçün hazırlıqlara başladığını açıqlasa da, hal-hazırda sözün gerçək mənasında və hərtərəfli hazırlıqlar olduğunu düşünmürəm. Məncə, Rusiyanı tamamilə razı sala bilməmişik. Hal-hazırda Rusiya orada PYD-nin arxasında durduğunu göstərir. Ancaq Rusiya bunu PYD-yə rəğbət bəslədiyinə görə yox, ABŞ-ı oradan uzaq tutmaq və tarazlıq yaratmaq üçün edir”.

 

Yenixeber.org: Bunu Türkiyə müxbirinə açıqlamasında istefada olan general-leytenant, “Yeni Çağ” qəzetinin hərbi-strateji məsələlər üzrə şərhçisi Armağan Kuloğlu deyib. O bildirib ki, Suriyanın Afrin bölgəsi hal-hazırda Türkiyəyə təhdid yaradır, PYD terrorçuları oradan Türkiyəyə atış açır, terror aksiyaları törədirlər: “Afrin o vəziyyətdə ikən “Əl-Qaidə” terror təşkilatının bir qolu olan “Ən-Nusra” İdlibdə üstünlük qazandı. ABŞ onları oradan təmizləmək üçün əməliyyat planı hazırlayır, əməliyyatı ABŞ özü keçirəcək, yoxsa bu işi PYD-yə gördürəcək? Əməliyyatı PYD-nin əliylə həyata keçirmə ehtimalı yüksəkdir. Bizim üçün fərqi yoxdur. Biz Afrində bir an əvvəl əməliyyat keçirməliyik. Çünki əgər “Ən-Nusra”ya qarşı İdlibdəki əməliyyat PYD vasitəsilə həyata keçirilsə, onda Afrin ilə İdlibin birləşməsi təhlükəsi ortaya çıxar ki, bu durumda Suriyanın şimalında yaranacaq kürd strukturunun Aralıq dənizinə çıxma ehtimalı güclənəcək. Türkiyə “Fərat qalxanı” əməliyyatında Əl-Baba qədər gedərək kürd qruplarının birləşməsinə mane olmuşdu, indi isə Afrinə hərbi əməliyyat gecikir. Bu durumda sərhədin o tərəfində ABŞ dəstəkli kürd qruplarının Türkiyə ordusu ilə qarşı-qarşıya gəlməsi ehtimalı da ortaya çıxır. ABŞ-ın bölgədəki layihəsində Suriyanın parçalanması və ölkənin şimalında kürd strukturu qurulması var. O strukturun İraqın şimalındakı Bərzaniylə birləşməsi də gündəmdədir”.

 

İraqın şimalında Məsud Bərzaninin planlaşdırdığı müstəqllik referendumuna münasibət bildirən A. Kuloğlu bildirib ki, “Böyük Kürdüstan”ın birinci hissəsinin İraqın şimalında, ikinci hissəsinin isə Şimali Suriyada qurulması və oradan Aralıq dənizinə çıxılması hədəfi var: “Bütün bunları nəzərə alaraq Türkiyə Afrində həyata keçirməyi planlaşdırdığı əməliyyatı qətiyyən təxirə salmamalıdır. Çünki Qərb tərəfindən planlaşdırılan işlər həyata keçiriləndən sonra Türkiyənin daxilində problemlər yaradacaqlar”.

 

İstefada olan general Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşması yaratmasının Türkiyə və bölgə üçün hansı təhdidləri doğura biləcəyi barədə sualı belə cavablandırıb:

 

“Bu barədə Rusiya və Ermənistan arasında 2016-cı ildə saziş imzalanmışdı, 2 ay əvvəl prezident Putin qərarı təsdiq etdi. Qərara görə, Rusiya və Ermənistanın bəzi quru qüvvələri diviziyaları birləşdiriləcək, komandan əvvəlcə erməni, sonra isə rus olacaq. Bu qərarın Türkiyəyə birbaşa təsiri olacağını zənn etmirəm, çünki Türkiyə və Ermənistanın qarşı-qarşıya gəlməsi ehtimalı azdır. Burada əsas məsələ Qarabağdır. Qarabağ Azərbaycan torpağıdır, Ermənistan oranı işğal edib, bütün beynəlxalq qaydalara görə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün hər cür hüququ var. Bunun üçün Azərbaycanın çox ciddi hazırlıqlarının olduğunu da bilirik. Ermənistan bundan çəkindiyinə görə, öz quru qüvvələrini Rusiyanın əmrinə verdi. Çünki Azərbaycan özünün işğal altındakı torpaqlarını azad etmək üçün öz ərazilərində hərbi əməliyyatlara başlayanda Ermənistanın buna müqavimət göstərməyə gücü çatmayacaq və rus ordusunun köməyinə arxalanmağa çalışacaq. Mənim müşahidələrimə görə, indi Azərbaycan hərbi gücünü artırarkən, digər tərəfdən, siyasi və diplomatik hazırlıqlar aparır ki, sabah öz torpaqlarını leqal şəkildə azad edəndə dünya Azərbaycanın haqlı olduğunu ilk andan görsün. Rusiya və Ermənistan quru qüvvələrinin bəzi hərbi hissələrinin birləşdirilməsini bu cür dəyərləndirmək lazımdır. Azərbaycanın hazırlıqları bir az vaxt alsa da, torpaqları işğaldan azad etmək üçün leqal fürsətdən mütləq şəkildə istifadə edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam