Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"TANAP Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlığı pik həddinə çatdıracaq"

TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq.

Yenixeber.org: Bu barədə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak tərəfindən oxunan məktubunda deyilir.

Məktubda qeyd olunur ki, bu saziş beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi hesab olunur:

“Mən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, gələn il TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq".

R.T.Ərdoğan bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də bütün sahələrdə, xüsusilə energetika sahəsində bir-birini dəstəkləməyə davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam